
Bir sutkadan az bir vaxtda ən məşhur kriptovalyuta olan bitcoinin qiyməti 13.000$-dan 15.000$-a qalxdı.
Beləliklə bu kriptovalyuta tamamilə yeni rekorda imza atdı. Coinmarketcap servisinin məlumatlarına əsasən bugün səhər saatlarında onun qiyməti 15.200$ təşkil edib və qalxmaqda davam edir. Cənubi Koreya birjalarında onun qiyməti hələ 17.000$-ı keçib. Qiymətin yüksəlməsi hesabına kriptovalyuta bazarının ümumi kapitalizasiyası 400 milyard dolları keçib.
Onlardan 250 milyarddan çoxu bitcoinin hesabına düşür. Bazar dəyərinə
görə bitcoin artıq prosessor istehsalçısı “Intel”I (203 milyard dollar) və “Verizon”
(206 mmilyard dollar) ilə “AT&T” (221 milyard dollar) kimi kommunikasiya şirkətlərini
geridə qoyub. Bitcoinin qiymətinin qalxması investorların bu kriptovalyutaya
yüksəlməkdə olan maraqlarından irəli gəlir.
Şərh yoxdur