
Bitcoinin qiyməti qalxaraq yeni rekorda imza atdı
Elm & Texnologiya
17.11.2017
Emil
Bitcoinin məzənnəsi tarixdə ilk dəfə olaraq 8000$-ı keçdi.
Bu barədə birjalardakı məlumatlardan
bilmək olar. Bugün olmuş hərraclar zamanı bitcoinin qiyməti 8000$-ı keçərək
8004.59$ təşkil edib. Bu göstərici isə bir gün əvvəlki hərraclarda olan göstəricidən
10.4% çoxdur. İki həftə bundan öncə hərracların start verilməsi zamanı
bitcoinin məzənnəsi 7000$ təşkil edirdi. 7882$ göstəricini kriptovalyuta 8
Noyabr tarixində əldə etdi. Daha sonra isə onun məzənnəsi 30% aşağı düşdü və
5605$ təşkil etdi.

Mütəxəssislər həmin hadisəni Bitcoin Cash-in məşhurlaşması
ilə əlaqələndirdilər. İndiki vəziyyətdə isə bitcoin tarixi maksimum məzənnədən
bir qədər geridə qalaraq 7919.33$ civarında satılır. Coinmarketcap birjasının məlumatına
əsasən yeni bitcoinin (Bitcoin Cash) qiyməti isə 1015.47$ civarındadır. Bu ilin
əvvəlindən bütün kriptovalyutaların bazar kapitalizasiyası 17.7 milyard
dollardan rekord 228.14 milyard dollara yüksəlib. İlin əvvəlindən başlayaraq
bitcoinin qiyməti 800% artıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
