
Bitcoinin yaradıcısı dünyanın 50 ən varlı şəxsi siyahısında 44-cü yeri tutdu
Elm & Texnologiya
18.12.2017
Emil
Satoshi Nakamoto dünyanın 50 ən varlı şəxsləri siyahısında 44-cü yeri tutub.
Dünən bitcoinin qiymətinin rekord
olaraq 20.000$-ı keçməsindən sonra onun mifik yaradıcısının sərvəti 19.5
milyard dollar təşkil edib. Bu barədə Quartz saytı xəbər verib. Satoshi
Nakamoto-nun əslində kim olması barəsində hələki bir məlumat yoxdur. Bu ya bir
nəfər yada bir neçə nəfər ola bilər. Həmin bir və ya bir neçə şəxs bitcoin və
blockchain texnologiyasını yaratmış proqramçılardır. Bu cür ad və soyada sahib
insan heç zaman var olmayıb.
Güman olunur ki, o və ya onlar bitcoini yaradaraq
ilk maynerlər olmuş və təqribi hesablamalara əsasən 980.000 bitcoin
yığmışdılar. Həmin kriptovalyutalara bitcoinin yaradıcısı hələ də sahibdir.
Bitcoinin qiymətinin 20.000$-a yüksəlməsindən öncə Satoshi Nakamoto Forbes
reytinqində daha aşağı yerlərdə yerləşirdi. Belə ki, 18 Dekabr tarixində
kriptovalyutanın qiyməti 18.7 min dollara enmişdi. Beləliklə həmin vaxtda
Nakamoto-nun sərvəti 18 milyard dollar təşkil edirdi.
İndi isə o, Forbes
reytinqinin 44-cü pilləsində qərarlaşıb. O bu yeri gün eynəkləri sahəsinin
italiyalı maqnatı Leonardo Del Vecchio ilə paylaşıb. O isə öz növbəsində “Luxottica”
adlı şirkətin təsisçisidir və məşhur Ray-Ban brendi həmin şirkətə məxsusdur.
Beləliklə bir neçə ay ərzində bitcoinin mifik yaradıcısının sərvəti 3 dəfə
artıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
