
'Biz artıq insanla robotun birləşməsi dövrünə qədəm qoymuşuq'
Elm & Texnologiya
11.12.2017
Emil
Məşhur Y Combinator vençur fondunun prezidenti və OpenAI qeyri-kommersiya təşkilatının rəhbərlərindən biri olan Sam Altman düşünür ki, insanlar artıq sinqulyarlıq dövrünə keçid ediblər.
Onun fikrincə insanla robotun
birləşməsi 2025-2075 illər arasında baş verəcək. Sinqulyarlıq Silikon Vaidisində
ən çox müzakirə olunan mövzulardan biridir. Altman-ın fikrincə insanlar artıq
kotəkamül (təkamül nəticəsi yeni təkamül dəyişiklikləri) fazasında yerləşirlər.
Süni zəka bizi təkmilləşdirir, biz isə onu. İnsanlar böyük hesablayıcı güclər
yaradaraq onların əsasında süni zəkanı işə salır, süni zəka isə daha güclü
çipin yaradılmasının necə mümkün olduğunu öyrənir. Çox güman ki, bu prosesi
artıq dayandırmaq qeyri-mümkündür. İnsan növü çox lovğadır və o, özündən də ağıllı
bir varlığı yarada biləcəyini etiraf edə bilmir.

Bizim öz-özümüzə qiymət vermə
özəlliyimiz zəkamızın əsasında elə sıx qurulub ki, biz Yer kürəsində insan
növünü geridə qoyacaq bir şeyin ola bilməyəcəyinə əminik. Heç istisna deyil ki,
süni zəka da bu cür lovğalığa sahib olacaq və insan ilə şimpanze arasındakı fərqi
görməyəcək. Robot ilə insanın birləşməsi müxtəlif formalarda ola bilər. Beynimizə
elektrodların yeridilməsindən tutmuş, çatbotlarla yaxın dostluqlara kimi. Birləşmək
insanlar üçün ən yaxşı ssenaridir. Belə ki, hakimliyə yönəlik iki növün
qarşı-qarşıya gəlməsi, nəticəsinin təsəvvürdə belə qorxunc olan münaqişəyə gətirib
çıxardır. Altman-ın fikrincə dünyanın həmin prosesi ciddiyə qəbul edərək onu
koordinatlaşmağa başlamağı əla olardı.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
