
Black Friday günündə 'Apple' nə qədər iPhone satdı?
Elm & Texnologiya
29.11.2017
Emil
“Rosenblatt” şirkətinin analitikləri bildiriblər ki, Black Friday endirimli alış-veriş günündə “Apple” şirkəti 15 milyona yaxın iPhone satıb.
Onlardan 6 milyonu iPhone X olub.
Ən böyük tələbat isə məhz 256 GB daxili yaddaşa sahib modelə olub. 64 GB daxili
yaddaşa sahib model digərinə nisbətən bir qədər zəif satılıb. Qeyd etmək
lazımdır ki, adi iPhone X modeli 999$ qiymətinə satılır. Daha böyük yaddaş həcminə
sahib olan model əlavə 192 GB yaddaş həcmindən başqa digər modeldən heçnə ilə fərqlənmir.
Şirkət isə öz növbəsində Yeni il bayramı zamanı 80 milyon iPhone satmağı və beləliklə
4-cü maliyyə rübündə rekord gəlir əldə etməyi planlaşdırır. Analitiklər həmçinin
qeyd ediblər ki, iPhone X istehsal edən zavodlar həftədə 3 milyon cihaz
istehsal edirlər. Gələn ay bu göstərici 4 milyon smartfon olacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
