main-post-cover

    Blackberry Athena'nın (KEYone 2) yeni fotoları və texniki özəllikləri sızdırılıb

    01.05.2018
    Farid Pardashunas
    Bir neçə gün bundan öncə BlackBerry Athena (KEYone 2) smartfonu TENAA-nın məlumatlar bazasına əlavə olunmuşdu. İlk öncə smartfonun fotoları əlavə olunmuş, indi isə onun texniki göstəriciləri barəsində məlumatlar əlavə olunub. Beləliklə sözügedən smartfon 1620x1080 piksel keyfiyyətli 4.5 inç ekran Snapdragon 660 prosessoru, 6 GB RAM, 64 GB daxili yaddaş, 12 MP-lik ikili arxa kamera, 8 MP-lik ön kamera və 3360 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. BlackBerry Athena Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. TCL şirkəti hələki BlackBerry Athena smartfonunun təqdimat tarixini açıqlamayıb. Lakin çox güman ki, yeni smartfonun təqdimatı yaxın müddətdə baş tutacaq.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər