Logo
    main-post-cover

    BlackBerry KEYone 2 gəlir

    Elm & Texnologiya
    06.03.2018
    Emil
    Hələ keçən il BlackBerry brendi QWERTY klaviaturaya sahib KEYone modelini anons etmişdi.
        Baxmayaraq ki, bu modeldən sadəcə olaraq 900000 ədəd satılmışdır, insanlar həmin smartfonu çox yaxşı qarşılamışdılar. Şirkət onu uğurlu hesab edir. Belə ki, sözügedən smartfon modeli 50 ölkədə satılır. İndi isə onun yeni versiyası KEYone 2-nin olacağı barədə təsdiq məlumatlar ortaya çıxıb. Belə ki, ABŞ-ın bəzi saytlarında hələ anonsu olmamış smartfon üçün aksessuar satışlarına start verilib. Təəssüflər ki, həmin aksessuarlar KEYone 2 haqqında hansısa dəqiq məlumatı vermirlər.
        Lakin güman etmək olar ki, yeni smartfonun korpusu sudan və tozdan qorunmaq özəlliyinə sahib olacaq. Çox güman ki, onun ekranı KEYone-dakı kimi 4.5 inç olacaq və ya onun ölçüsünü bir qədər böyüdəcəklər. Bundan əlavə olaraq ehtimal ki, smartfon Snapdragon prosessoruna sahib olacaq. Hələ Yanvar ayında keçirilmiş CES 2018 tədbirində BlackBerry qeyd etmişdi ki, o, bu il QWERTY klaviaturaya sahib iki ədəd smartfon təqdim edəcək. Buna görə də onlardan biri böyük ehtimalla KEYone 2 olacaq. Təbii ki, smartfonun təqdimat tarixi barəsində hələki heç bir məlumat yoxdur.
    Paylaş
    Bənzər xəbərlər