
BlackBerry möhtəşəm xüsusiyyətlərlə geri qayıdır
Elm & Texnologiya
06.10.2017
Orxan
Oktyabr ayında tamamilə sensorlu və suya davamlı bir BlackBerry
smartfonu mövzusundakı iddialar görünən o ki gerçək olur. BlackBerry Krypton
kod adıyla xatırlanan və BlackBerry Motion olaraq gəlməsi gözlənilən cihaz, lazımlı
sertifikatlarını da almış vəziyyətdədir. Son olaraq Evan Blass (evleaks) cihaza
aid bir vizual paylaşmağa da laqeyd yanaşmayıb.
BlackBerry markasının imzası
sayılan fiziki klaviatura və düymələrin olmadığı model, bu mənada BlackBerry KeyOne-dan
da ayrılır. Böyük ehtimalla 1080p böyük ekran ilə gələcək cihazın barmaq izi skanı
isə BlackBerry logosunun altında olacaq.

Metal gövdəli və Android əsaslı smartfon
3.5 mm qulaqlıq girişi də təqdim edəcək. Qara rəngin üstünlük verildiyi dizaynın
olduqca ciddi dayandığını söyləmədən keçə bilməyəcəyik. Ötən ay cihazın arxa səthini
göstərdiyi qarşıya qoyulan bir görünüş də ortaya çıxmışdı.
Qarşımızdakı həftələrdə rəsmi
olaraq təqdim edilməsi gözlənilən Motion, baxaq gözlədiyi tələbi görə biləcək
mi?
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
