'Blade Runner' filminin texnologiyası üzrə və ya filmdəki kimi süni insanı yaratmaq indiki zamanda necə mümkündür?

'Blade Runner' filminin texnologiyası üzrə və ya filmdəki kimi süni insanı yaratmaq indiki zamanda necə mümkündür?

Texnologiya
16.10.2017 PAYLAŞIM

 “Blade Runner” filinin ikinci hissəsi, bizləri, orqanik bədən hissələrindən yaradılmış androidlərin, öz yaradıcıları olan insanlara emosiya və güc baxımından meydan oxuyan dünyaya geri qaytarır. İidan Fumiya, bioloji təbiətin yaradıcılığından ilhamlanaraq robotları hazırlayır və özünə bir sualı verir: “Blade Runner 2049” filmindən olan replikantları yaratmaq üçün bizim texnologiyalarımız nə dərəcədə yaxındır? Biz, insan imkanlarına sahib robotların yaradılmasından çox uzaqdayıq. Lakin yumşaq robotexnika sahəsində olan nailiyyətlər, gələcəyin androidlərinin yeni əsası ola biləcək texnologiyalar üçün çox şey vəd edən bir yol ola bilər.



Elmi nöqteyi nəzərdən ən böyük problem, insan bədəninin qəlizliyini təkrarlamaqdır. Bizim hər birimiz, milyonlarla hücüyrələrdən ibarətik və biz, insandan heç fərqlənməyəcək bu cür qəliz robotu necə qurmağımızı təsəvvür belə edə bilmirik. Günümüzdə Airbus A380 kimi olan nəhəng və qəliz obyektlər milyonlarla hissələrdən ibarətdirlər. Lakin insan quruluşunun qəlizliyi ilə eyni səviyyədə olmaq üçün həmin obyektlər milyon dəfə daha qəliz olmalıdırlar. Hal hazırda insan və robot arasındakı sərhədi pozmaq üçün 3 müxtəlif üsul var. Lakin təəssüflər olsun ki, həmin üsullar yalnız başlanğıc nöqtəsini əks etdirirlər və “Blade Runner” filmindəki dünyanı yaratmaq üçün əlverişli olmağa yaxın belə deyillər.


Sıfırdan yığılmış və insan bədəni ilə hərəkətlərini əks etdirməyə imkan verən süni nötürücülər, mühərriklər və kompüterlərlə təchiz olunmuş insana bənzər robotlar artıq var. Bununla belə, hal hazırda olan androidlərin təkmilləşdirilməsi, onları insanlara yaxın etməyəcək. Belə ki, ötürücü və mühərrik kimi süni komponentlər, bioloji analoqların qarşısında primitivdirlər. Həmçinin kiborqun yaradılması texnologiyası da mövcuddur. Bu halda insan bədəni, robotlaşdırılmış hissələr və ya implant olunmuş daşına bilən cihazlar hesabına güclənir və təkmilləşir.


Bu texnologiyalar da bizim öz bədənimizin bioloji analoqları qarşısında yetərincə inkişaf etməyiblər. Sonda isə genetik manipulyasiyalar üsulu da var. Bu halda orqanizmi təkmilləşdirmək üçün orqanizmin genetik kodunda dəyişikliklər edilir. Baxmayaraq ki, biz, ayrı-ayrı genləri götürərək onları manipulyasiya edə bilirik, biz hələ də genetik koddan insanın necə yarandığı barədə təsəvvürlərə sahib deyilik. Beləliklə arzu etdiyimiz nayisə yaratmaq üçün kodu hansı səviyyədə proqramlaşdırmağı bacarmırıq.

Buna baxmayaraq biz ilhamlanmaq üçün təbiətə müraciət edərək və digər texnologiyaları yaradaraq robotexnika sahəsini Blade Runner dünyasına yaxınlaşdıra bilərik. Buna ən yaxşı misal olaraq yumşaq robotexnika sahəsini gətirmək olar. Son 10 ildə robotların yumşaq, forması dəyişə bilən, sıxıla bilən və elastikli olmaları üçün mütəxəssislər böyük bir iş görüblər. Bu cür texnologiyalar, insan bədəninin 90%-nin yumşaq substansiyalardan (dəri, saçlar, toxumalar) ibarət olmasından ilhamlanaraq hazırlanıb. Bu onunla bağlıdır ki, bizim bədənimizin bir çox fundamental funksiyaları, göz linzalarından tutmuş ürək və ağciyərlərə kimi formasını dəyişən yumşaq hissələrə əsaslanır. Hətta hüceyrələr də bölünmə prosesi və bədən təkamülü üçün formalarını dyişə bilirlər.


Bizim bədənimizin yumşaqlığı, bədənin bütün funksionallığının əsas mənbəyidir. Yumşaq robotların hazırlanması imkanına sahib olaraq biz Blade Runner-in robotlar dünyasına bir qədər də yaxınlaşmış olarıq. Yeni texnoloji nailiyyətlər, deformasiya zamanı mayenin hərəkətini reallaşdıran və yumşaq funksional materiallardan hazırlanmış süni ürək kimi şah əsəri özündə birləşdirir. Məhz bu cür üsulla hazırlanmış yumşaq daşına bilən əlcəklər isə daha möhkəm tutmanı reallaşdıra bilər. Epidermal elektronika sayəsində insanlar öz bioloji dərilərinə elektron sxemləri tatu kimi vurdura bilərlər. İnsanları və texnologiyaları birləşdirən açar söz “yumşaqlıq”dır. Ötürücülər, mühərriklər və kompüterlər yumşaq olduqları vaxtda insan bədəninə ani olaraq inteqrasiya olunacaqlar.


Beləliklə insan ilə xarici cihazlar arasındakı sərhəd yox olacaq. Bununla belə əsas qəliz məsələ ondan ibarətdir ki, robotun yumşaq olan hər bir bədən hissəsini özünübərpa, böyümə və hissələrə ayrılma hesabına fiziki cəhətdən necə adaptasiya etməkdir. Nəticə etibarilə canlı orqanizmin hər bir hissəsi həmçinin orqanizmə adaptasiya və inkişaf etməkdə yardımçı olan bioloji sistemlərdə yaşayırlar və bu funksiya, robotları biz insanlardan ayırmayan özəllik olacaq. Bizim dünyamızın Blade Runner dünyasına nə zaman bənzəyəcəyini söyləmək qeyri-mümkündür. Çox güman ki, bu, uzaq gələcəkdə baş verəcək. Lakin insanlara bənzəyən robotların hazırlanması arzusu olduğu müddətdə insanlar bu məqsədə doğru irəliləyəcək və günlərin birində ona çatacaqlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×