Blockchain əsasında çalışan Finney adlı smartfonu hazırlayan şirkət 160 milyon dollar investisiya aldı

Blockchain əsasında çalışan Finney adlı smartfonu hazırlayan şirkət 160 milyon dollar investisiya aldı

Texnologiya
28.12.2017 PAYLAŞIM

Blockchain əsasında çalışasn Finney adlı smartfonu yaratmaq üçün “Sirin Lab” şirkəti ICO vasitəsilə 157.8 milyon dollar investisiya aldı.

Şirkətin məlumatına əsasən bu sartfonda Ethereum-un mobil tətbiqi olacaq. Beləliklə istifadəçilər təhlükəsiz şəkildə öz kriptovalyutalarını telefonlarında saxlaya biləcəklər. Bu barədə VentureBeat saytı xəbər verib. Finney seriyasına daxil olan smartfon və stolüstü kompüter blockchain əsasında çalışır. Şirkət əmindir ki, bu üsulla cihazlar hacker hücumlarından qorunmuş vəziyyətdə olacaqlar. Smartfonda Ethereum və digər kriptovalyuta mobil tətbiqləri olacaq.

Beləliklə istifadəçi onları təhlükəsiz şəkildə idarə edə biləcək. Həmçinin kiminsə oğurlamasından qorxmadan istifadəçi öz kriptovalyutalarını bu smartfonda saxlaya biləcək. Şirkət barəsində ilk dəfə onun Solarin adlı smartfonu təqdim etməsindən sonra danışdılar. Həmin smartfonun qiyməti 14.000$ təşkil edirdi. Lakin Finney daha ucuz olacaq (1000$). Şirkətin hazırladığı kompüterin qiyməti isə 800$ təşkil edəcək. Şirkət artıq öz cihazları üçün ön sifarişləri qəbul edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


HTC şirkəti Vive Flow adlı yeni avtonom VR cihazı təqdim edib - QİYMƏTİ

HTC şirkəti Vive Flow adlı yeni avtonom VR (virtual reallıq) cihazı təqdim edib.


Apple bədən temperaturunu ölçə biləcək yeni nəsil AirPods üzərində çalışır..

The Wall Street Journal-ın verdiyi məlumata əsasən Apple şirkəti yeni model naqilsiz qulaqlıqlar üzə..


İnsayderlər: Apple özünün Nintendo Switch analoqu üzərində çalışır

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti oyun sənayesinə daxil olmağa hazırlaşır...


Blue Origin şirkəti yeni kosmik turistlərin iştirakı ilə növbəti uçuş missiyasın..

Jeff Bezos-un Blue Origin şirkəti New Shepard adlı suborbital kosmik gəmisinin 5-ci uğurlu uçuş miss..


Steve Wozniak-ın Privateer Space adlı kosmik şirkətinin nə ilə məşğul olacağı mə..

Apple şirkətinin yaradıcılarından biri olan Steve Wozniak sentyabr ayında Privateer Space adlı kosmi..


Apple şirkəti yeni təqdimat tədbirini elan edib

Yeni təqdimat tədbiri “Unleashed” sloqanı altında keçiriləcək.

×