
Blockchain, interneti necə dəyişə bilər?
Elm & Texnologiya
26.05.2017
Emil
Blockchain, bankların nüfuzunu yox edəcək, elektroşəbəkələrin
effektivliyini yüksəldəcək, musiqi sənayesini dəyişəcək və jurnalistikanı xilas
edəcək. Bu barədə “Blockchain Revolution” kitabının həmmüəllifi Alex Tapscott,
Madriddə keçirilmiş Digital Business adlı beynəlxalq konqressdə bildirib. “Blockchain texnologiyaası
faktiki olaraq internetin ikinci nəslidir” – deyə o bildirib. İnternetin baza ideyası, hansısa faylın
orijinalının saxlanması ilə yanaşı onun kopyasının göndərilməsi imkanıdır. Bu
halda internet, böyük rəqəmsal çap cihazı kimi çalışır. “İnformasiya üçün çap
cihazına sahib olmaq yaxşıdır. Lakin o, pul vəsaitlərini və səhmləri çap edəndə
vəziyyət artıq pisləşir” – deyə Alex qeyd edib. Bu məsələdə isə blockchain işə
düşür. Blockchain texnologiyası, rəqəmsal aktivləri izləməyə, onların
düzgün-olub-olmadığını yoxlamağa və icazəsiz şəkildə kopyalanmasının qarşısını
almağa imkan verir. Bu texnologiyanın valyuta əməliyyatları üçün qiyməti artıq
bəllidir. Lakin onun vasitəsilə digər rəqəmsal dəyərlərin mübadiləsini də aparmaq
olar. Buna misal olaraq müqavilələri və ya əmlakı təsdiq edən sənədləri gətirmək
olar. Alex, blockchain-i ona görə internetin ikinci nəsli hesab edir ki, o,
informasiya internetindən, dəyər internetinə inkişaf edib.
Blockchain, istehlakçı ilə məhsul arasında reallaşdırılan
sövdələşmə zamanı iştirak edən artıq vasitəçilərdən xilas olmağa yardımçı
olacaq. Beləliklə o, biznesə böyük təsir edəcək. Həmin təsir effekti nəinki
köhnə şirkətlər üçün, həmdə 4-5 il bundan öncə yaradılmış şirkətlər üçün də
reallaşacaq. Məsələn, sürücü ilə sifarişçi arasında vasitəçi tərəf Uberdir. Gələcəkdə
isə Uber-in etdiklərini blockchain öz üzərinə götürəcək. Həmin məsələ banklara
da aiddir. Ödənişi reallaşdırmaq üçün sadəcə olaraq alıcının hesabında yetərli
vəsaitin olduğunu bilmək kifayətdir. İpotekanı almaq üçün onu alan şəxsin gəlirlərini,
maliyyə hesabatını və hansı əmlaka sahib olduğunu bilmək kifayət edəcək. Çox
güman ki, banklar yoxa çıxmayacaq. Lakin onlar pul axışını idarə etməyəcəklər.
Günəş və külək energetikasında olacaq inkişaf, özəl şəxslərə, öz qonşularına
bitcoin ilə elektrik sata biləcəklər. Beləliklə onlar indiki zamanda vasitəçi
qismində çıxış edən şirkətlərdən azad olacaqlar. Belə ki, hal hazırda həmin
şirkətlər elektrik cərəyanına olan qiyməti tənzimləyirlər. Musiqiçilər isə
blockchain vasitəsilə səsyazma studiyalarından azad olacaqlar. Bu texnologiya
vasitəsilə onlar öz musiqilərini birbaşa dinləyicilərə sata biləcəklər. Hər
dinlənməyə görə musiqiçiyə mikroödənişlər ediləcək. Həmin prinsip
jurnalistikada da çalışa bilər. Hər məqalə oxunuşuna görə kiçik ödəniş
alınacaq. Belə olduğu halda təcrübəli jurnalistlər yaxşı pul qazana biləcəklər.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
