Bloomberg: iPhone 2019 üçlü arxa kameraya sahib olacaq

Bloomberg: iPhone 2019 üçlü arxa kameraya sahib olacaq

Texnologiya
31.01.2019 PAYLAŞIM

    Bloomberg saytı xəbər verib ki, iPhone 2019 modeli üçlü arxa kamera və USB-C girişi ilə təchiz olunacaq. Bundan əlavə olaraq 10 düym ekrana sahib iPad, iPad Mini 5iOS 13 əməliyyat sistemində olacaq Dark Mode rejimi barəsində də məlumatlar verilib. Bu ayın əvvəlində bəzi dizaynerlər üç arxa kameraya sahib iPhone smartfonunun konsept fotolarını təqdim etmişdilər. Bugün isə Bloomberg saytı təsdiqlədi ki, keçən ilki iPhone XS Max modelinin davamçısı həqiqətən də üçlü arxa kameraya sahib olacaq.


Bənzər xəbər


    “Apple şirkəti D42 D43 kod adlarına sahib iPhone 2019 modelləri üzərində aktiv iş görür. Bu il ən yüksək qiymət göstəricisinə sahib olacaq iPhone modeli üçlü arxa kamera ilə təchiz olunacaq” – deyə Bloomberg bildirib. Bununla yanaşı məlumata əsasən şirkət USB-C girişinə sahib yeni iPhone prototiplərini test edir. Lakin bu il şirkətin Lightning girişdən USB-C girişinə keçid edib-etməyəcəyi bilinmir.


    Həmçinin saytın hesabatında qeyd edilib ki, şirkət 3D kamera sisteminə sahib iPhone modelini 2020-ci ildə satışa çıxarda bilər. Analitiklərin proqnozlarına əsasən sözügedən 3D kamera sistemi sayəsində Apple şirkəti özünün ayrıca AR cihazının tez zamanda satışa çıxartmasına səbəb ola bilər. Bloomberg saytının məlumatlarında qeyd edilib ki, şirkət bu il 10 düym ekrana sahib iPad və iPad Mini 5 planşet modellərini satışa çıxardacaq. Hər iki planşet modeli özündə Lightning girişini saxlayacaq. Məlumata əsasən yeni planşet modelləri bu ilin mart ayında təqdim edilməlidir.


    Daha bir maraqlı məlumat isə iOS 13 əməliyyat sistemində Dark Mode rejminin olacağı ilə bağlıdır. Qeyd etmək lazımdır ki, şirkət bu funksiyanı keçən il macOS Mojave əməliyyat sistemində təqdim etmişdi. Buna görə də Dark Mode rejimi iOS 13 əməliyyat sistemində ən çox gözlənilən yeniliklərdən biridir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.


Mütəxəssislər ən ağıllı səsli köməkçini təyin ediblər

Bespoken adlı şirkət Apple, Amazon və Google şirkətlərinin səsli köməkçilərinin funksionallıqlarının..


Yeni nəsil Apple Watch-da qandakı şəkər miqdarının ölçülməsi texnologiyası reall..

İnsayderlərin verdikləri məlumata əsasən Apple şirkəti yeni nəsil Apple Watch smart saatlarına qanda..


Neyrointerfeys köməyi ilə fikir gücü sayəsində ekzoskelet idarəsini reallaşdırma..

Şimali Karolina Universitetinin tədqiqatçıları tərəfindən yaradılmış neyrointerfeysin effektiv çalış..


40 il yaşı olan Commodore 64 kompüteri 10$ dəyərində bitcoini neçə ilə mayninq e..

Həvəskar şəxslərdən biri 40 il bundan öncə satışa çıxmış Commodore 64 adlı kompüteri bitcoin mayninq..

×