main-post-cover

    Bloomberg saytı Apple şirkətinin qarışıq reallıq cihazı barəsində əlavə məlumatlar verib

    Elm & Texnologiya
    14.11.2022
    Farid Pardashunas
        Apple şirkətinin ilk qarışıq reallıq (MR / Mixed Reality) cihazı barəsində məlumatlar artıq son bir neçə aydır ki, internetdə ortaya çıxır. Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Apple şirkəti öz qarışıq reallıq cihazının istehsalına gələn ilin mart ayında start verəcək və şirkətin direktorlar şurası sözügedən cihazı artıq test edib. İndi isə Bloomberg saytının jurnalisti Mark Gurman MR cihaz barəsində yeni məlumatları təqdim edib. Təqdim edilmiş məlumatlar arasında cihazın bəzi texniki özəllikləri və satış qiyməti əks olunub. Beləliklə Mark Gurman-ın sözlərinə əsasən Apple şirkətinin MR cihazı baha qiymətə satılacaq və bunun əsas səbəblərindən biri də cihazın yüksək performanslı texniki özəlliklərə sahib olacağıdır.
        Belə ki, cihaz Apple M2 prosessoru, yüksək piksel göstəricilərinə sahib ekranlar və minimum 10 ədəd kamera ilə təchiz olunacaq. Məlumatda həmçinin qeyd edilib ki, şirkət il ərzində 700 000-800 000 ədəd bu cür cihaz istehsal etməyi planlaşdırır. Yəni şirkətin MR cihazı böyük tirajlarla istehsal edilməyəcək. Az tirajda istehsal olunan məhsuldan gəlirin əldə edilməsi üçün isə hər bir cihazın qiyməti yüksək olmalıdır. Beləliklə MR cihazın qiymətinin 2000$-dan 3000$-a kimi təşkil edəcəyi gözlənilir.
        Cihaz realityOS adlı yeni əməliyyat sistemi əsasında çalışacaq və özündə Messages, FaceTime Maps tətbiqlərinin artırılmış reallıq üçün hazırlanmış versiyalarını birləşdirəcək. MR cihazın hansı adı əldə edəcəyi məlum deyil. Lakin məlum olan odur ki, şirkət Reality Pro Reality One adlı ticarət nişanlarını qeydiyyatdan keçirdib. Bununla yanaşı məlumatda qeyd edilib ki, Apple həmçinin artırılmış reallıq özəlliklərinə sahib 3D virtual dünya üzərində çalışır. Lakin Meta-dan fərqli olaraq Apple öz virtual dünyasını metakainat adlandırmır. Gözləntilərə əsasən Apple şirkətinin ilk MR cihazı gələn ilin birinci rübündə təqdim olunacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər