
Bloomberg saytı bu ilki büdcəli iPhone barəsində bəzi məlumatlar verib
Elm & Texnologiya
10.09.2018
Emil
Bloomberg saytı 12 Sentyabr tarixində Apple tərəfindən təqdim
olunacaq büdcəli iPhone modeli barəsində bəzi məlumatlar təqdim edib. Bloomberg
xəbər verib ki, ilk vaxtlarda sözügedən model məhdud sayda satışa çıxacaq.
Bundan əlavə olaraq məlumatda qeyd olunub ki, Apple şirkəti büdcəli modeli
iPhone Xr adlandıracaq. Bir neçə müddət bundan öncə yayılmış məlumatlarda isə
qeyd olunurdu ki, büdcəli model iPhone 9 və ya iPhone XC adlana bilər.
Bloomberg bildirib ki, Apple şirkəti büdcəli iPhone modelinin istehsalında bəzi
problemlər ilə qarşılaşıb. Problemlər əsasən modelin maye kristallik ekranı ilə
bağlıdır. Gözləntilərə əsasən büdcəli iPhone modeli müxtəlif rəng
variantlarında satışa çıxacaq. Smartfonun dəqiq qiymət göstəricisi hələki sirr
olaraq qalır. Lakin onun 699-849$ aralığında olacağı güman edilir. Bu isə
iPhone X-dən bir qədər ucuz və iPhone 8-in qiyməti ilə demək olarki eynidir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
