Bloomberg saytı Tim Cook'u CEO vəzifəsində əvəz edə biləcək şəxsin adını açıqladı

Bloomberg saytı Tim Cook'u CEO vəzifəsində əvəz edə biləcək şəxsin adını açıqladı

Texnologiya
23.07.2019 PAYLAŞIM

    Apple şirkətinin əməliyyatlar üzrə direktoru Jeff Williams şirkətin CEO-su vəzifəsində Tim Cook-u əvəz edə bilər. Bu cür ehtimalı Bloomberg saytının jurnalisti Mark Gurman irəli sürüb. Bu barədə Macdigger saytı xəbər verib. Jurnalistin fikrincə Jeff Williams Apple şirkətində vacibliyinə görə ikinci şəxsdir və Tim Cook-un vəzifəsinə əsas namizəddir. Şirkət daxilində çalışdığı illər ərzində Jeff Williams özünü sadə, intizamlı və tələbkar lider kimi sərgiləyib.. Bu baxımdan o, Steve Jobs-dan daha çox elə Tim Cook-un özünə bənzəyir.


Bənzər xəbər


    Öz növbəsində Jeff Williams Apple şirkətinin bütün əməliyyat məhsullarının hazırlanmasına rəhbərlik edir. O, şirkət şöbələrinin inkişaf səviyyələrini qiymətləndirmək üçün hər həftə görüşlər keçirdir. Bloomberg-in jurnalisti qeyd edib ki, şirkətin baş dizayneri Jony Ive-ın yaxın zamanda şirkətdən ayrılacağı və şirkətin idarəetməsinin digər şəxsə ötürülməsi ehtimalı şirkətə mənfi təsir göstərə bilər. Analitiklər düşünürlər ki, Jeff Williams da Tim Cook kimi əməliyyatlar sahəsindən gələn gəlirə fokuslanır. Apple şirkətinə isə ikinci Steve Jobs lazımdır. Bloomberg saytının ehtimallarına baxmayaraq yaxın zamanda Tim Cook-un öz vəzifəsindən ayrılacağına dair heç bir işarə yoxdur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×