Bloomberg saytının jurnalisti iPhone 2019-un yeni fotosunu təqdim edib

Bloomberg saytının jurnalisti iPhone 2019-un yeni fotosunu təqdim edib

Texnologiya
14.05.2019 PAYLAŞIM

    Bloomberg saytının jurnalisti Mark Gurman öz Twitter hesabında iPhone 2019 modelinin yeni fotosunu təqdim edib. Təqdim olunmuş foto iPhone 2019 barəsində daha öncə çıxmış məlumat sızıntılarını təsdiqləyir. Bu barədə Macdigger saytı xəbər verib. Fotoda əks olunmuş cihazların mulyaj formaları bir neçə müddət bundan öncə OnLeaks adlı məşhur insayder tərəfindən təqdim olunmuş fotolardakı cihazlara bənzəyirlər.


Bənzər xəbər


    Qeyd etmək lazımdır ki, OnLeaks tərəfindən təqdim olunmuş fotolarda da bu ilki iPhone modellərindən ikisinin arxa panelində kvadrat formasında yerləşdirilmiş üçlü arxa kamera var idi. Təqdim olunmuş yeni fotodan görmək olar ki, iPhone XI modelində arxa kameralar xüsusi kvadrat formalı sahənin daxilində yerləşərək üçbucaq formasını yaradacaq. Smartfonun işıqlandırma sistemi və mikrofonu isə həmin kvadrat hissənin künclərində yerləşəcək.


    Fotodakı ikili arxa kameraya sahib cihaz isə çox güman ki, iPhone XR 2019 modelidir. Onun ikili kamerası da həmin kvadrat formalı sahənin daxilində yerləşir. Güman olunur ki, iPhone XI ilə iPhone XI Max modellərindəki üçüncü kamera modulu Sony şirkəti tərəfindən hazırlanan ultragenişformatlı sensordur.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər

Sızdırılan yeni patentə görə Apple yeni MacBook klaviaturalarında RGB işıqlar istifadə edə bilər...


Elon Musk: 'Neuralink-in yeni neyrointerfeysi möhtəşəmdir' - Şirkətin növbəti tə..

Elon Musk-ın beyin implantlarının hazırlanması ilə məşğul olan gizli Neuralink şirkəti gələn ay təqd..


Intel yeni Thunderbolt 4 protokolunu təqdim etdi: Komputerlərə 8K ekran dəstəyi ..

Intel şirkəti Thunderbolt portu üçün yeni Thunderbolt 4 protokolunu təqdim etdi.


5G şəbəkəsinin canlı orqanizmə ciddi təsir edib-etməməsi üzrə tədqiqat aparılıb..

Mütəxəssislər arasında 5G mobil şəbəkəsinin təhlükəsizliyi barəsində yekun bir fikir hələ də yoxdur...


Beşinci səviyyəli avtopilot sisteminə sahib avtomobillər nə zaman işıq üzü görəc..

Tesla elektromobillərində olan avtopilot sistemi hal hazırda olan ən təkmilləşdirilmiş avtopilot sis..


Azərbaycanda Medtech

Bu gün dünyada və Azərbaycanda bu cür texnologiyaların inkişafı haqqında  "Techealth" MedT..

×