Bloomberg: Waymo şirkəti Dekabrda dünyanın ilk pilotsuz taksi servisini istifadəyə verəcək

Bloomberg: Waymo şirkəti Dekabrda dünyanın ilk pilotsuz taksi servisini istifadəyə verəcək

Texnologiya
13.11.2018 PAYLAŞIM

    Alphabet holdinqinə daxil olan Waymo şirkəti Dekabr ayında dünyanın ilk pilotsuz taksi servisini istifadəyə verməyi planlaşdırır. Bu barədə Bloomberg saytı öz mənbələrinə istinadən xəbər verib. Şirkət tərəfindən istifadəyə veriləcək yeni servis tamamilə yeni brend adı altında fəaliyyət göstərəcək və Uber, Lyft servisləri ilə rəqabət aparacaq. Waymo hələki servisin adını gizli olaraq saxlayır və onun geniş təqdimatını keçirtməyi planlaşdırmır. Şirkət həmçinin yeni servisin mobil tətbiqinin nə zaman çıxacağı barəsində də məlumat vermir.

    Bloomberg-in verdiyi məlumata əsasən ilkin mərhələdə pilotsuz taksi servisinin müştərilərinin sayı bir neçə yüz nəfər olacaq. Onlar pilotsuz taksi servisini test edəcəklər. Test müştərilərdən ibarət olacaq qrup şirkət ilə müqavilə çərçivəsində pilotsuz taksi servisi vasitəsilə edilmiş səyahətlər barəsində təəssüratları bölüşə, dostlarını və mətbuat təmsilçilərini sözügedən servis vasitəsilə səyahət etdirə biləcək. Yeni pilotsuz avtomobillər servisə tədricən əlavə olunacaq. Beləliklə şirkət tələb-təklif arasında balans yarada biləcək.

Bənzər xəbər


    Chrysler Pacifica markalı pilotsuz avtomobillərin istifadəyə verilməsindən sonra onlardan bəzilərinin ön oturacaqlarında ehtiyat sürücü əyləşəcək. Ehtiyac sürücü öz növbəsində müştəriyə yeni texnologiyaya uyğunlaşmaqda yardımçı olacaq və fors-major hallarında avtomobilin idarəetməsini öz üzərinə götürəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×