Logo
    main-post-cover

    Blue Origin Ay missiyalarına görə kosmik turizmi müvəqqəti dayandırır

        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Blue Origin kosmik turistləri daşıyan uçuşlarını ən azı iki il müddətinə dayandıracağını açıqlayıb. Şirkət bu qərarı NASA ilə birlikdə Ay üçün insan eniş aparatlarının hazırlanmasına tam fokuslanmaq məqsədilə verib. Bu müddətdə New Shepard raketi ilə turistik suborbital uçuşlar həyata keçirilməyəcək.
        Blue Origin NASA-nın Artemis proqramı çərçivəsində SpaceX ilə yanaşı seçilmiş əsas tərəfdaşlardan biridir. Şirkət Artemis IIIArtemis V missiyaları üçün Ay eniş modulları üzərində işləyir. İlkin planlara görə, Blue Origin-in hazırladığı sistem astronavtları Gateway orbital stansiyasından Ayın cənub qütbü bölgəsinə daşımalı idi. Lakin ötən il SpaceX-in Starship testlərində yaşanan gecikmələrdən sonra NASA Blue Origin-dən Artemis III üçün alternativ eniş aparatı dizayn etməyi xahiş edib. Artemis III proqramın ilk insanlı Ay enişi kimi planlaşdırılır və ABŞ administrasiyası bu missiyanın prezidentlik müddəti bitmədən həyata keçirilməsini istəyir.
        Qeyd edək ki, New Shepard indiyə qədər 37 uğurlu uçuş həyata keçirib və 98 nəfəri Karman xəttinə, kosmosun rəsmi sərhədinə daşıyıb. 2021-ci ildə ilk turistik uçuşda Jeff Bezos özü də iştirak etmişdi. Daha sonra sərnişinlər arasında Katy PerryWilliam Shatner kimi məşhurlar da yer alıb.
    Paylaş