Logo
    main-post-cover

    Blue Origin-in “New Glenn” raketi uğurla geri qaytarıldı

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, ğBlue Origin şirkətinin hazırladığı “New Glenn” adlı təkrar istifadə oluna bilən raket bu gün növbəti sınağını uğurla həyata keçirdi. Buraxılış zamanı raketin birinci mərhələsi problemsiz şəkildə eniş meydançasına qayıtdı və bununla da ikinci dəfə uğurlu eniş etmiş oldu. Bu hadisə Jeff Bezos üçün təkrar istifadə edilə bilən raket texnologiyası sahəsində mühüm mərhələ hesab olunur.
        Lakin missiyanın digər hissəsi eyni dərəcədə uğurlu olmadı. AST SpaceMobile şirkətinə məxsus BlueBird 7 peyki planlaşdırılandan daha aşağı orbitə yerləşdirildi. Raketin ikinci mərhələsində yaranan problem səbəbindən peyk lazım olan hündürlüyə çata bilmədi.
        Peyk raketdən ayrılıb aktivləşdirilsə də, mövcud orbit onun effektiv işləməsi üçün kifayət etmir. Nəticədə, peykin öz mühərrikləri ilə bu vəziyyəti düzəltməsi mümkün deyil və yaxın zamanda orbitdən çıxaraq Yerə doğru enməsi gözlənilir.
        Qeyd edək ki, “kosmosda mobil qüllə” kimi təqdim olunan bu texnologiya yer üzündə mobil rabitəni genişləndirmək məqsədi daşıyırdı. Lakin hazırkı nəticə layihənin bu mərhələdə uğursuz olduğunu göstərir.
        Jeff Bezos isə raketin uğurlu eniş görüntülərini sosial şəbəkədə paylaşsa da, baş verən nasazlıqla bağlı açıqlama verməyib.
    Paylaş