Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş testini keçirdib (VİDEO)

Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş testini keçirdib (VİDEO)

Texnologiya
15.04.2021 PAYLAŞIM

    Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testini keçirdib. Qeyd etmək lazımdır ki, sözügedən raket kosmosa sərnişin daşınması üçün nəzərdə tutulub. Son test uçuşu problemsiz yekunlaşıb. Şirkətin verdiyi məlumata əsasən Yer kürəsinin orbitinə daimi uçuşların reallaşdırılmasına az müddət qalıb. Raket Qərbi Texasda yerləşən poliqondan start götürüb. 106 km hündürlüyə qalxandan sonra BE-3 adlı bir ədəd mühərrikə sahib sürətləndirici blok sərnişin modulundan ayrılıb və maksimal dərəcədə hamar eniş prosesini sərgiləyərək uğurlu şəkildə eniş edib.

New Shepard


    Şirkət təmsilçiləri bildiriblər ki, son test uçuşu üçün real insanlardan ibarət heyət hazırlansa da nəticədə sərnişin modulunun daxilinə ötürücülər ilə təchiz olunmuş maneken yerləşdirilib. Test uçuşunun startından 10 dəqiqə sonra isə sərnişin modulu özünün paraşüt sistemi vasitəsilə uğurla eniş edib. Şirkətin sözlərinə əsasən son test uçuşunun uğurla keçməsi turistlərin kosmosa göndərilməsinin yekun hazırlığını sübut edir. Buna baxmayaraq şirkət hələ ki, ilk turistik uçuşun nə zaman reallaşdırılacağını elan etməyib. Blue Origin-in sözlərinə əsasən bu artıq yaxın zamanda baş tutacaq.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..


Apple A15 Bionic prosessoru Qualcomm ilə Samsung-un flaqman prosessorlarını geri..

Məşhur Geekbench bençmark saytında A15 Bionic prosessoruna sahib iPhone 13-ün test nəticələri ortaya..


Apple şirkəti Watch 7-dəki vacib funksiyanın digər tətbiqdən kopyalamaqda günahl..

Apple şirkətinin öz yeni məhsullarını təqdim etməsindən sonra Kosta Eleftheriou adlı tərtibatçı Appl..


Apple yeni iPad modellərini və Watch Series 7 smart saatını təqdim edib - QİYMƏT..

Apple şirkəti yeni iPhone 13 smartfonları ilə yanaşı həmçinin yeni iPad planşetləri ilə Watch Series..


Xiaomi AR funksiyalara sahib Smart Glasses adlı eynəyini təqdim edib (VİDEO)

Xiaomi şirkəti yeni qeyri-adi məhsulunu təqdim edib. Söhbət, AR (artırılmış reallıq) funksiyalara sa..

×