Blue Origin şirkəti New Glenn adlı ağır raketin necə görünəcəyini sərgiləyib (VİDEO)

Blue Origin şirkəti New Glenn adlı ağır raketin necə görünəcəyini sərgiləyib (VİDEO)

Texnologiya
24.01.2019 PAYLAŞIM

    Amazon şirkətinin yaradıcısı Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin şirkəti özünün New Glenn adlı ağır raketinin işini sərgiləyən animasiya videosunu təqdim edib. Beləliklə raket bir sıra dəyişikliklər əldə edib. Onların arasında raketin dizaynı, forması və ayrı-ayrı hissələrinin işləmə prinsipləri var. Bu barədə Hightech.plus saytı xəbər verib. Buna bənzər əvvəlki videonu Blue Origin şirkəti 2017-ci ilin mart ayında təqdim etmişdi.

Köhnə video:

Bənzər xəbər



    Həmin videoda ikisəviyyəli raket yük blokunu açıq kosmosa çıxarırdı. Daha sonra raket sürətləndiricisi isə Yer kürəsinə qayıdaraq xüsusi platforma üzərində eniş edirdi. Bir sözlə SpaceX şirkəti də bu prinsip ilə çalışır. İndi isə Blue Origin şirkəti yenilənmiş videonu təqdim edib. Təqdim edilmiş yeni videoda raketin xarici görünüşü bir sıra dəyişikliklərə məruz qalıb. Ən diqqət çəkən dəyişiklik isə raketin yuxarı hissəsidir. Həmin hissə hələ də gülləni xatırladır. Bundan əlavə olaraq raketin yuxarı hissəsində yanacağın ötürülməsi üçün nəzərdə tutulmuş ikinci lülək də var. Əvvəlki versiyada raketin mərkəzində bir ədəd lülək var idi.

Yeni video:


    Diqqət çəkən dəyişikliklər sırasında həmçinin raketin eniş dayaqları da var. Əvvəlki videoda olduğu kimi yeni videoda da raket 6 eniş dayağına sahibdir. Lakin köhnə videoda həmin dayaqlar raketin gövdəsindən aşağı istiqamətdə enirdi. Yeni videoda isə dayaqlar əyilmiş formada çıxır. Öz texniki özəllikləri və perspektivləri baxımından New Glenn bugünki Falcon 9Falcon Heavy raketləri arasında yerləşməlidir. Plana əsasən sözügedən raket Yer kürəsinin aşağı orbitinə 45 ton ağırlığında yük qaldıra bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, həmin aşağı orbitə Falcon Heavy raketinin faydalı yük qaldırma göstəricisi isə 64 tondur. New Glenn raketinin ilk uçuş missiyası 2020-ci ilə planlaşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Pirat kontent yüklənməsinə görə Starlink istifadəçiləri internetdən məhrum ola b..

Starlink peyk internetinin yayılmasının qarşısında heç gözlənilməz maneə dayana bilər.


IBM şirkəti dünyanın ilk 2 nanometrlik prosessorunu yaradıb (VİDEO)

IBM şirkəti öz rəqiblərini geridə qoyaraq dünyanın ilk 2 nanometrlik prosessorunu yaratdı.


SpaceX-in Starship kosmik gəmisinin yeni prototipinin uçuş testi uğurla yekunlaş..

Uğursuz olmuş test uçuşlarından sonra SpaceX-in Starship kosmik gəmisinin Starship SN15 adlı yeni pr..


Tesla 3$-a alınmış patentlər sayəsində daha ucuz elektromobil istehsal edə biləc..

Tesla şirkəti öz elektromobilləri üçün fərdi batareya istehsalı üzərində ciddi şəkildə çalışır...


Blue Origin şirkəti ilk turistik uçuşun tarixini elan edib

Jeff Bezos-un Blue Origin aerokosmik şirkəti ilk turistik uçuşun tarixini elan edib.

×