main-post-cover

    Blue Origin şirkəti turistlər üçün nəzərdə tutulmuş çoxistifadəli kosmik raketi test edib (VİDEO)

    Elm & Texnologiya
    14.10.2020
    Farid Pardashunas
        Turistləri kosmosa göndərməyi planlaşdıran Blue Origin aerokosmik şirkəti New Shepard adlı kosmik gəminin növbəti uğurlu testini yekunlaşdırıb. Pilotsuz missiya çərçivəsində gələcəkdə Aya olacaq uçuşlar üçün nəzərdə tutulmuş Ay eniş modulunun avtomatik rejimdə testi reallaşdırlıb. Bu barədə The Verge saytı xəbər verib. Beləliklə test zamanı uçuşa start veriləndən sonra raket 106 km hündürlüyə qalxıb. Bu isə rəsmi kosmik sərhəd hesab edilir.
        106 km hündürlüyə qalxandan sonra raketin sərnişin kapsulu sürətləndirici blokdan ayrılaraq paraşüt sistemi vasitəsilə uğurlu eniş edib. Raketin özü isə Falcon raketlərində olduğu kimi tormozlanma üçün fərdi mühərrikdən istifadə edərək uğurlu eniş edib. Test üçün nəzərdə tutulmuş New Shepard-ın daxilində 12 ədəd elmi-tədqiqat təchizat yerləşdirilmişdi. Həmin təchizatların arasında NASA agentliyi tərəfindən hazırlanmış müxtəlif ötürücülər olub.
        Sözügedən ötürücülər gələcəkdə olacaq pilotlu və robotlaşdırılmış kosmik aparatların Ay səthinə dəqiq enişlərini reallaşdırmağa imkan verəcəklər. Kosmik aparatın növbəti test uçuşu bu ilin dekabr ayına planlaşdırılır. Test mərhələlərinin uğurlu yekunlaşması halında Blue Orgin artıq 2021-ci ildə ilk rəsmi pilotlu missiyanı reallaşdıra biləcək. Perspektivdə şirkət kosmik turizmi inkişaf etdirməklə yanaşı həmçinin Ay missiyası çərçivəsində NASA ilə əməkdaşlıq etməyi də planlaşdırır. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər