Logo
    main-post-cover

    Blue Origin şirkətinin New Glenn adlı ağır raketinin ilk uçuş testi baş tutub (VİDEO)

    Elm & Texnologiya
    16.01.2025
    Emil
          Amazon-un keçmiş CEO-su Jeff Bezos-a məxsus olan Blue Origin aerokosmik şirkəti özünün New Glenn adlı ağır raketinin test uçuşunu uğurla reallaşdırıb. Qeyd etmək lazımdır ki, Blue Origin şirkətinin hazırlanmasına 10 il vaxt sərf etmiş olduğu bu raketi hal-hazırda SpaceX-in Falcon Heavy adlı ağır raketinin əsas rəqibidir. New Glenn-in uçuş testi bu gün səhər saatlarında baş tutub. 97.5 metr hündürlüyə sahib olan bu raketin yük qaldırma qabiliyyəti 45 ton təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, Falcon Heavy-də bu göstərici 65 ton təşkil edir.
         Bu gün səhər saatlarında 7 ədəd BE-4 adlı mühərrik faydalı yükə sahib New Glenn-1 raketini Yer kürəsinin orbitinə göndərə bildi. Reallaşdırılmış bu test uçuşun əsas məqsədi məhz raketi Yer kürəsinin orbitinə çatdırmaq idi. Şirkətin əlavə məqsədi qismində raketin “So You're Telling Me There's A Chance” adlı birinci pilləsinin geri qaytarılması çıxış edirdi. Plana əsasən raketin birinci pilləsi Atlantik okeanındakı Jacklyn adlı platformaya eniş etməli idi. Lakin birinci pillənin platformaya yaxınlaşması zamanı Blue Origin komandası onunla əlaqəni itirib. Şirkət rəsmi şəkildə təsdiqləyib ki, raketin birinci pilləsi nəticə etibarilə itirilib. Qeyd etmək lazımdır ki, Blue Origin şirkəti New Glenn raketini Yer kürəsinin orbitinə müxtəlif yüklərin daşınmasında istifadə etməyi planlaşdırır.
    Paylaş