Logo
    main-post-cover

    Blue Origin Starlink-ə rəqib peyk interneti “TeraWave” şəbəkəsini elan etdi

        Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Jeff Bezos-un kosmos şirkəti Blue Origin Starlink-ə rəqib olaraq TeraWave adlı yeni peyk internet şəbəkəsini təqdim edib. Şirkət iddia edir ki, bu sistem dünyanın istənilən yerində 6 terabit/saniyə (Tbps) sürətə qədər iki istiqamətli internet bağlantısı təmin edə biləcək.
         Lakin bu xidmət adi istifadəçilər üçün nəzərdə tutulmayıb. Blue Origin CEO-su Dave Limp-in sözlərinə görə, TeraWave korporativ müştərilər, data mərkəzləri və hökumət qurumları üçün xüsusi olaraq hazırlanıb.
         TeraWave şəbəkəsi ümumilikdə 5 408 peykdən ibarət çoxorbitli (multi-orbit) sistem olacaq. Peyklərin böyük hissəsi aşağı Yer orbitində (LEO) yerləşəcək və yerüstü istifadəçilərə 144 Gbps-ə qədər sürət təqdim edəcək. Bundan əlavə, orta Yer orbitində yerləşəcək 128 peyk isə 6 Tbps-ə qədər iki istiqamətli bağlantı potensialı verəcək.
        Blue Origin bildirir ki, sistem maksimum təxminən 100 000 müştəriyə xidmət göstərəcək və əsas fokus kritik əməliyyatlar üçün yüksək etibarlılıqlı bağlantıya ehtiyacı olan böyük təşkilatlar olacaq.
         Müqayisə üçün, Amazon öz LEO Ultra layihəsi ilə 1 Gbps yükləmə sürəti hədəfləyir, Starlink isə yaxın vaxtlarda gigabit sürətlərini genişləndirməyi planlaşdırır. TeraWave peyklərinin buraxılışına 2027-ci ilin sonlarına yaxın başlanması planlaşdırılır.
    Paylaş