
BMT, blockchain vasitəsilə suriyalı qaçqınları ərzaqla təmin etməyə başlayır
Elm & Texnologiya
13.06.2017
Emil
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP), İordaniyadakı suriyalı qaçqınlar üçün ərzaq təchizatı üzrə blockchain-in test edilməsini bitirib.
Bundan sonra həmin qaçqınlar
supermarketlərdə biometriya vasitəsilə sadəcə kimliklərini təsdiq edərək ərzaq
götürə biləcəklər. İordaniyanın Azrak şəhərində yaşayan 10.000-ə yaxın suriyalı
qaçqın, yerli supermarketlərdən bir sıra ərzaqları ala biləcəklər. Həmin ərzaqlar
siyahısına misal olaraq zeytun yağı, makaron, mərcini və s. gətirmək olar.
Bunun üçün sadəcə olaraq göz qişası və ya barmaq izi skanı vasitəsilə biometrik
kimliyi təsdiq etmək lazım gələcək. Bu cür imkan, BMT-nin Ümumdünya Ərzaq ProqramınınBuilding Blocks layihəsi çərçivəsində ərsəyə gəlib. Sözügedən layihə. Ethereum
adlı blockchain platforma əsasında qurulub. Bu platforma sayəsində təşkilat, kimin, nə zaman və hansı köməklikdən istifadə etdiyini təyin edə bilir. “Blockchain
texnologiyası aclıqla mübarizə aparmaqda bizə yardımçı olur. Blockchain vasitəsilə
biz komissiya xərclərini azalda, kömək əldə etmiş şəxslərin məlumatlarını daha
yaxşı qoruya, maliyyə risklərini idarə edə və fövqaladə vəziyyətlərdə sürətli şəkildə
hərəkətə keçə bilirik. Blockchain-dən istifadə nəinki WFP üçün, həmdə bütün
humanitar təşkilatlar üçün böyük addım ola bilər” – deyə WFP-nın innovasiyalar
üzrə direktoru qeyd edib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
