BMW şirkəti i4 adlı elektromobil konseptini təqdim etdi (VİDEO)

BMW şirkəti i4 adlı elektromobil konseptini təqdim etdi (VİDEO)

Texnologiya
04.03.2020 PAYLAŞIM

    BMW şirkəti i4 adlı elektromobilin konseptini təqdim etdi. Bununla yanaşı şirkət elektromobilin dizaynını sərgilədi və onun bəzi texniki özəllikləri barəsində məlumat verdi. Əsas olan odur ki, bu, heç zaman satışa çıxmayacaq avtomobil ideyası deyil. Sözügedən elektromobil satışa çıxmağa hazırlaşan kommersiya məhsuludur. Bu barədə Engadget saytı xəbər verib. Xarici görünüşcə yeni BMW i4-ün ön hissəsi bir neçə müddət bundan öncə təqdim edilmiş BMW Concept 4-ə bənzəyir. Lakin sözügedən elektromobilin ön hissəsində olan böyük ölçülü buxarı barmaqlığı sadəcə dizayn xatirinə reallaşdırılıb. Belə ki, elektromobil hərəkətdə olan zaman soyutma sisteminə ehtiyac duymur.

Bənzər xəbər


    Bununla yanaşı BMW i4 xarici görünüşcə çox müasir görünsə də aşırı futuristik deyil. Bu isə öz növbəsində onu digər elektromobil konseptlərindən fərqləndirir. Elektromobilin daha bir özəlliyi ondan ibarətdir ki, o, şüşə materialdan hazırlanmış panoram tavana sahibdir. Həmin tavan heç bir arakəsməyə sahib deyil və elektromobilin bütün uzunluğu şəklində yerləşdirilib. Şirkətin bu özəlliyi elektromobilin kommersiya versiyasında saxlayıb-saxlamayacağı məlum deyil. BMW i4 konsepti 5-ci nəsil eDrive transmissiyası və 530 at gücünə ekvivalent olan 390 kilovatt gücündə elektromühərrik üzərində qurulub.

    Şirkətin verdiyi məlumata əsasən elektromobil saatda 100 km sürəti 4 saniyəyə yığa bilir. Onun maksimal sürəti barəsində məlumat verilməyib. Elektromobilin salon dizaynına gəldikdə isə o, minimalizm tərzində hazırlanıb. Sürücünün önündə əyilmiş formadan hazırlanmış böyük ölçülü ekran yerləşir. Həmin ekranda əks olunan məlumatlar isə elektromobilin hərəkəti zamanı dinamik olaraq dəyişirlər. BMW i4-ün daha bir maraqlı özəlliyi də ondan ibarətdir ki, elektromobilin hərəkəti, qapıların açılıb-bağlanması və digər funksiyaların yerinə yetirilməsi zamanı xüsusi səslər ortaya çıxır. Məlumata əsasən sözügedən elektromobil üçün bütün səsləri məşhur bəstəkar Hans Zimmer hazırlayıb. BMW i4-ün kommersiya məqsədli satışı 2021-ci ilə planlaşdırılır.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×