Boston Dynamics-in insana bənzər Atlas robotu effektiv parkur hərəkətlərini öyrənib (VİDEO)

Boston Dynamics-in insana bənzər Atlas robotu effektiv parkur hərəkətlərini öyrənib (VİDEO)

Texnologiya
18.08.2021 PAYLAŞIM

    Öz robot modelləri ilə məşhur olan Boston Dynamics şirkəti insana bənzər Atlas robotunun yeni imkanlarını sərgiləyən videonu təqdim edib. Belə ki, şirkət sözügedən robota parkur hərəkətlərinin yerinə yetirilməsini öyrədib. Təqdim edilmiş videoda 2 Atlas robotu əks olunub və onların yerinə yetirdikləri parkur hərəkətləri Boston Dynamics şirkətinin robotları inkişaf etdirmək məsələsində necə irəli getdiyini göstərir. Sözügedən videoda olan Atlas robotları ani dönüşlər edir və bir maneədən digərinə tullanırlar. Bütün bu hərəkətləri edən zaman isə robotlar hətta ən qəliz anlarda belə tarazlıqlarını saxlaya biliblər.


    Videonun sonunda isə robotlar arxa-arxaya salto vurublar. Bütün hərəkətlər robotlar tərəfindən fərdi şəkildə reallaşdırılıb. Yəni həmin hərəkətlər öncədən proqramlaşdırılmayıb. Şirkətin verdiyi məlumata əsasən videodakı robotlar gördükləri vəziyyətdən asılı olaraq öz davranışlarını adaptasiya ediblər. Boston Dynamics mühəndisləri həmçinin onu da qeyd ediblər ki, onlar robotların davranışları məsələsində elə bir səviyyəyə çatıblar ki, robotlar maneələrdən ibarət mühiti qiymətləndirə və nəzərdə tutulmuş hərəkətləri təyin edə bilirlər. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk: 'Tesla Bot robotu əmək bazarında insanları əvəz edə biləcək'

The Wall Street Journal tərəfindən keçirilmiş xüsusi tədbirdə çıxış etmiş Elon Musk müxtəlif sahələr..


Məşhur analitik: 'Apple artıq AR cihazının ikinci nəsli üzərində çalışır'..

Apple şirkətinin ilk AR cihazı (Artırılmış Reallıq) barəsində məlumatların hələ ki, yalnız analitikl..


Huawei 5G smartfonlar üçün nəzərdə tutulmuş yeni fərdi prosessorlarını yaradacaq..

Huawei şirkətinin Avropadakı istehlakçı şöbəsinin rəhbəri Derek Yu şirkətin öz smartfon biznesinin i..


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...

×