Boston Dynamics şirkəti insana bənzər Atlas robotu layihəsini ləğv edib (VİDEO)
Elm & Texnologiya
17.04.2024
Farid Pardashunas
Hyundai şirkətinə məxsus olan və robototexnika sahəsində fəaliyyət göstərən Boston Dynamics şirkəti insana bənzər Atlas robotu layihəsinin ləğv edildiyini elan edib. Bu səbəbdən də şirkət Atlas-a həsr edilmiş vida videosunu təqdim edib. Təqdim edilmiş videoda Atlas robotu ilə bağlı olan maraqlı məqamlar əks olunub. Qeyd etmək lazımdır ki, fevral ayında şirkət Atlas-ın BMW zavodundakı iş prosesində iştirakını əks etdirən videonu təqdim etmişdi. Görünür, bu, şirkətin Atlas robotunu kommersiya səviyyəsinə çatdırmaq istiqamətində son cəhdi idi.
Boston Dynamics şirkəti Atlas-ın hazırlanmasına 11 il bundan öncə start vermişdi. Keçən ilin iyul ayında bu layihənin 10 yaşı tamam oldu. İlk əvvəllər şirkət bu layihəni ABŞ Müdafiə Nazirliyinin DARPA (Perspektivli tədqiqat layihələri idarəsi) adlı şöbəsi ilə birlikdə inkişaf etdirirdi. Lakin daha sonra şirkət Atlas üzərində fərdi şəkildə çalışmağa başladı. 2021-ci ildə isə Hyundai şirkəti Boston Dynamics-i aldı. Qeyd etmək lazımdır ki, hal-hazırda insana bənzər robotlar üzərində bir çox şirkət çalışır. Onların arasında Tesla da var. Lakin heç şübhəsiz bu mövzuda Boston Dynamics digərlərindən daha da irəli gedə bildi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Spot robotu ChatGPT vasitəsilə danışıq nitqini əldə edib (VİDEO)
Spot robotu ChatGPT vasitəsilə danışıq nitqini əldə edib (VİDEO)
Boston Dynamics şirkəti özünün Spot adlı 4 ayaqlı robotuna insan nitqi vasitəsilə xitab etməyi öyrədib.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!