Boston Dynamics şirkəti Spot robotunun satışlarına start verdi: Qiyməti çox yüksəkdir (VİDEO)

Boston Dynamics şirkəti Spot robotunun satışlarına start verdi: Qiyməti çox yüksəkdir (VİDEO)

Texnologiya
17.06.2020 PAYLAŞIM

    Boston Dynamics şirkəti öz saytında Spot robotunun satışlarına start verib. Bu barədə Gagadget saytı xəbər verib. Qeyd etmək lazımdır ki, ilkin mərhələdə şirkət sözügedən robotu bəzi şirkətlərə icarəyə verirdi. İndi isə istənilən şirkət bu robotu əldə edə bilər. Robotun satışı hələki ABŞ-da reallaşdırılır. Lakin digər ölkələrdən olan şirkətlər Boston Dynamics ilə əlaqə yaradaraq robotun icarəsi məsələsini müzakirə edə bilərlər. Spot robotu kommersiya və sənaye sahələrində istifadə oluna biər.


    Məsələn, bu robot avtomatik şəkildə məlumatların yığılmasında, yüklərin daşınmasında və təhlükəli ərazilərin müşahidə olunmasında istifadə oluna bilər. Hər ehtimalda Boston Dynamics şirkəti Spot-dan yalnız faydalı işlərdə istifadəni tələb edir. Satış komplektinə robotun özü, onun üçün iki batareya, idarəetmə planşeti, gövdə və proqram təminatı daxildir. Robotun qiymətinə gəldikdə isə o çox bahadır. Belə ki, robot 74.500$ qiymətində satılır. Müqayisə üçün qeyd etmək lazımdır ki, həmin qiymətə Tesla Model S elektromobili almaq olar. Əlavə 15.000$-a robot üçün ehtiyat batareya, LiDAR skaner və digər təchizat almaq olar. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk-ın Boring Company şirkəti Las-Veqasda 51 stansiyalı yeraltı tunellər s..

Nevada ştatının Klark adlı dairəsi Elon Musk-a məxsus olan Boring Company şirkətinin planına razılıq..


Apple M1 Max-ın qrafik çipi bençmark testlərində Nvidia GeForce RTX 2080 Super-i..

Reddit istifadəçilərindən biri Apple şirkətinin yeni prosessoru olan M1 Max-ın sahib olduğu qrafik ç..


Məşhur insayder Snapdragon 898 və MediaTek Dimensity 2000 barəsində yeni məlumat..

Digital Chat Station ləqəbli məşhur çinli insayder Snapdragon 898 ilə MediaTek Dimensity 2000 proses..


Məşhur analitik: 'Apple qarışıq reallıq cihazının istehsalını təxirə salıb'..

Son zamanlar Apple şirkətinin qarışıq reallıq (AR+VR) eynəyini satışa çıxardacağı barəsində çoxlu sa..


Xiaomi-nin öz ilk elektromobil istehsalına nə zaman başlayacağı məlum olub..

Smartfonları ilə tanınan Xiaomi şirkəti yaxın bir neçə il ərzində öz elektromobil istehsalına start ..


Intel Core i9-dan daha güclü: Apple M1 Max prosessoru Geekbench testlərindən keç..

Yeni MacBook Pro (2021) noutbuklarının təqdimatlarından sonra internetdə M1 Max prosessorunun ilk Ge..

×