Boston Dynamics şirkəti Stretch adlı yükdaşıyan robotu təqdim edib (VİDEO)

Boston Dynamics şirkəti Stretch adlı yükdaşıyan robotu təqdim edib (VİDEO)

Texnologiya
30.03.2021 PAYLAŞIM

    Boston Dynamics şirkəti Stretch adlı yeni robotunu təqdim edib. Sözügedən robot yeşiklərin daşınması və anbarlardakı proseslərin avtomatlaşdırılması üçün nəzərdə tutulub. Məlumatda qeyd edilib ki, Stretch robotu 1 saat ərzində 800 ədəd yeşik daşıya bilir. Bununla belə bir dəfə şarj olunandan sonra robot 8 saat çalışa bilir. Stretch təkərlərə sahib kvadrat formalı təməl konstruksiyanı özündə birləşdirir. Bundan əlavə olaraq robot ətraf mühitin analiz edilməsi üçün nəzərdə tutulmuş çoxlu sayda kamera və ötürücülərə sahibdir.


    Robotun əsas hissəsini əl formasında olan böyük ölçülü konstruksiya təşkil edir. Həmin əlin sonunda isə osminoqun qollarındakı dairəvi çıxıntıları xatırladan xüsusi qurğular yerləşdirilib. Həmin qurğular sayəsində robot 23 kq ağırlığa qədər olan yeşikləri tuta və onları daşıya bilir. Şirkətin verdiyi məlumata əsasən bir neçə saatlıq təlimatdan sonra sözügedən robotun baza idarəetməsini öyrənmək mümkündür. Adətən avtomatlaşdırılma üçün nəzərdə tutulmuş təchizat anbarın yalnız müəyyən hissəsində quraşdırılır və bütün iş prosesi onun ətrafında qurulur.

    Lakin Stretch robotu kvadrat formalı təməl konstruksiyada olan təkərlər sayəsində məhsulların yüklənməsi və ya boşaldılması üçün anbarın istənilən hissəsinə hərəkət edə bilər. Bu robot avtomatlaşdırma sistemininin inteqrasiyası üçün nəzərdə tutulmuş infrastruktura sahib olmayan anbarlarda həmin sistemi işə salmağa yardımçı ola bilər. Məlumata əsasən dünyada olan anbarların 80%-i avtomatlaşdırma sistemi üçün nəzərdə tutulmuş təchizata sahib deyil. Bu isə öz növbəsində şirkətə robot satışını reallaşdırmaq üçün geniş bazar təqdim edir. Buna baxmayaraq Boston Dynamics yeni Stretch robotunun qiymətini açıqlamayıb. Hal hazırda şirkət robotun ilkin test mərhələlərini reallaşdırmaq üçün uyğun müştərilərin axtarışındadır. Robotun kommersiya məqsədli istehsalı isə 2022-ci ilə planlaşdırılıb. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin ilk AR cihazı barəsində yeni məlumatlar verib..

Məşhur analitik Ming-Chi Kuo-nun yeni hesabatına əsasən Apple şirkətinin AR cihaz (Artırılmış Reallı..


AR texnologiyasının yaradıcısı metakainatı sosial şəbəkələrdən daha təhlükəli he..

Metakainatların (metaverse) yaradılmasının hansı nəticələrə gətirib çıxaracağını öncədən proqnozlaşd..


Apple-dan sonra Xiaomi də öz cihazlarının istifadəçilər tərəfindən fərdi təmir x..

Apple şirkətindən sonra texniki məhsulların istifadəçilər tərəfindən fərdi şəkildə təmir imkanını Xi..


Yeni daşınıla bilən cihaz yüksək dozada narkotik vasitənin qəbulu halında insan ..

Nalokson adlı dərman preparatı heroin və ya digər opioid növlərinin yüksək dozada qəbulu nəticəsində..


Qualcomm bundan sonra öz prosessorlarını fərqli tərzdə adlandıracaq

Qualcomm şirkəti yeni flaqman prosessorunun təqdimat tarixini təsdiqləməklə yanaşı öz məhsullarının ..


Amerikalı alimlər sümüklərə inteqrasiya edilən naqilsiz mikrokompüterlər yaradıb..

Arizona Universitetinin tədqiqatçıları naqilsiz ultranazik cihazlar yaradıblar.

×