Böyük ekrana sahib büdcəli Xiaomi Mi Max 3 təqdim olundu

Böyük ekrana sahib büdcəli Xiaomi Mi Max 3 təqdim olundu

Texnologiya
19.07.2018 PAYLAŞIM

    Əvvəlcədən planlaşdırıldığı kimi Xiaomi şirkəti bugün Mi Max 3 smartfonunu (fablet) təqdim etdi. Yeni smartfon böyük ekran və batareya həcmi, heç də pis olmayan prosessor və istifadəçi üzü skanı texnologiyasını əldə edib. Smartfonun texniki özəllikləri barəsində məlumatlar təqdimatdan bir neçə müddət öncə internetdə yayılmışdı. Bugünki təqdimatda isə şirkət onları təsdiqlədi. Beləliklə Xiaomi Mi Max 3 18:9 nisbətli 6.9 inç Full HD+ ekran, 8 nüvəli Snapdragon 636, Adreno 509 GPU qrafik çipi, 4/6 GB RAM, 64/128 GB daxili yaddaş (256 GB-a kimi microSD dəstəyi), sürətli enerji yığma özəllikli 5500 mAh enerji tutumlu batareya, 12 MP + 5 MP ikili arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunub.


Bənzər xəbər


    Bununla yanaşı smartfonun ön kamerasında süni zəka texnologiyasından istifadə olunur. Onun sayəsində ön kamera 206 sayda fərqli çəkiliş süjetini təyin edərək hər biri üçün uyğun çəkiliş rejimini təqdim edir. Ön kamera həmçinin istifadəçinin üz skanı texnologiyasını dəstəkləsə də, cihazın arxa panelində əlavə olaraq barmaq izi skanı texnologiyası da var. Xiaomi Mi Max 3 Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Beləliklə 4 GB RAM və 64 GB daxili yaddaşa sahib versiya 250$, 6 GB RAM və 128 GB daxili yaddaşa sahib versiya isə 295$-a satılacaq. Smartfonun satışlarına sabahdan start veriləcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×