Böyük İT şirkətlər diqqət mərkəzində. CCleaner tətbiqində virus yaymış hackerlərin əsl məqsədləri bəlli oldu

Böyük İT şirkətlər diqqət mərkəzində. CCleaner tətbiqində virus yaymış hackerlərin əsl məqsədləri bəlli oldu

Texnologiya
22.09.2017 PAYLAŞIM

“Talos” adlı tədqiqat şirkəti, məşhur CCleaner tətbiqinə virus yeritmiş hackerlərin əsl məqsədləri haqqında xəbər verib.

Onlar 20-ə yaxın İT şirkətə kiberhücum reallaşdırmağı planlaşdırırmışlar. Mütəxəssislər, CCleaner tətbiqindəki virusu incələyərək öyrəniblər ki, onu, böyük İT şirkətlərin kompüterlərini yoluxdurmaq üçün planlaşdırıblar. Həmin şirkətlər arasında “Samsung”, “Google”, “Microsoft”, “Sony”, “HTC”, “D-Link”, “LinkSys” və daha 13 şirkət var.

Sözügedən virus, özünü digər viruslar kimi qələmə verirdi. Əslində isə o, yoluxmuş kompüterlərin məlumat bazasını incələyir və onların arasında həmin şirkətlərə məxsus kompüterlərin olub-olmadığını axtarırdı. Bu cür kompüterin aşkar olunması halında virus öz gizli hissəsini işə salırdı. Belə ki, o, şirkətlər barəsində gizli məlumatları əldə etməi idi. Bu barədə Engadget saytı xəbər verir.



CCleaner tətbiqinin sahibi olan “Avast” şirkəti, İT şirkətlər üçün planlaşdırılmış bu virusun əsl məqsədlərini təsdiq edib. Mütəxəssislərin qiymətləndirmələrinə görə şirkət kompüterlərinə edilmiş kiberhücumların 50%-i uğurla həyata keçirilib. Lakin kiberhücumlardan bəziləri yalnız bir kompüterə edilib. Buna görə də baş vermiş zərər o qədər də böyük deyil.

Mütəxəssislər həmçinin müəyyən ediblər ki, virusun hazırlanmasında Group 72Axiom adlı hacker qruplaşmalarının izləri var. Həmin hacker qruplaşmalarının isə Çin ilə əlaqəli olduqları  güman olunur. Qeyd edək ki, bir neçə gün bundan öncəki xəbərimizdə bildirilmişdi ki, məşhur CCleaner tətbiqindən istifadə etmiş 2.27 milyon insanın məlumatları oğurlanıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA astronavtlarının Aya göndərilməsi ilə SpaceX məşğul olacaq

NASA agentliyi SpaceX şirkəti ilə vacib müqavilə bağlayıb.


Elon Musk bu ilin sonuna kimi Starlink peyk internetinin mobil olacağına söz ver..

Elon Musk bildirib ki, Starlink peyk interneti 2021-ci ildə tamamilə mobil olacaq və bu da öz növbəs..


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..

×