Böyük İT şirkətlərin sahibkarları, döyüş robotların qadağan olunması üçün BMT-yə məktub göndərdilər

Böyük İT şirkətlərin sahibkarları, döyüş robotların qadağan olunması üçün BMT-yə məktub göndərdilər

21.08.2017 PAYLAŞIM

Robotexnika və süni zəka sahəsində fəaliyyət göstərən şirkət sahibkarları, döyüş robotlarının qadağan olunması tələbi ilə BMT-ə açıq məktub göndəriblər.

Mütəxəssislər qorxurlar ki, silahlanmış robotlar, hərbi konfliktləri daha irimiqyaslı və dəhşətli etməklə yanaşı öz təsirlərinə görə nüvə silahı ilə bir səviyyədə ola bilərlər. Qadağanın qoyulmasını 26 ölkənin İT sahəsinin 116 təmsilçisi tələb edib. Onların sırasında “Tesla” və “SpaceX” şirkətlərinin təsisçisi Elon MuskDeepMind laboratoriyasının rəhbəri Mustafa Suleyman kimi şəxslər var. Açıq məktubun müəllifləri BMT-dən döyüş robotlarının istehsalı və istifadəsinə qadağa qoyulmasını tələb edirlər. Məlumata əsasən BMT, dronların, pilotsuz tankların və digər avtonom silah növlərinin müzakirəsinə hazırlaşır. İT sahənin liderləri isə bu məktubu, müzakirənin başlanmasından öncə göndəriblər. Beləliklə onlar bu mövzu ilə əlaqəli potensial riski, BMT-yə çatdırmaq istəyiblər. Məktubun müəllifləri qorxurlar ki, hərbi robotlar, yeni silah yarışına (üçüncü hərbi inqilab) təkan verə bilərlər. Mütəxəssislərin fikrincə hərbi robotların yayılması, barıtın və nüvə silahının kəşfi ilə eyni səviyyədə olan hadisədir.

“Avtonom ölümcül silahın kəşfi, hərbi konfliktləri daha irimiqyaslı və sürətli edəcək. Robotlar, tiranların və terroçuların, günahsız insanlara qarşı istifadə edəcəkləri terror silahı olacaq. Avtonom silah növü həmçinin hack edilmə ehtimalında idarəetmədən çıxa bilər” – deyə Elon Musk və digər şirkətlər bildiriblər. Robotexnika və süni zəka sahəsində çalışan şirkət nümayəndələri məktubda tələb edirlər ki, hərbi robotlar, 1983–cü ildə qəbul olunmuş xüsusi konvensiyaya daxil edilsinlər. Həmin konvensiya adi silahların konkret növlərinin qadağan olunması və ya məhdudlaşdırılmış istifadəsi üçün nəzərdə tutulub. Hələ keçən ilin Dekabr ayında BMT-nin 123 ölkə nümayəndəsi, avtonom robotların müzakirəsindən öncə bu silah növünün qadağan olunması üzrə səs vermişdi. Qeyd etmək lazımdır ki, bir çox ölkələr, hərbi konfliktlər üçün nəzərdə tutulmuş avtonom silah növlərini istehsal edirlər. Rusiya Federasiyası və ABŞ, pilotsuz tankları, Cənubi Koreya, avtonom pulemyotları, İngiltərə isə döyüş dronlarını yaradır.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×