main-post-cover

    Böyük məlumat sızıntısı sayəsində yeni iPhone'lar barəsində çox şey məlum oldu

    15.08.2019
    Emil Nəcəfov
        iPhone 11-in təqdimatına az müddət qalmış bu smartfon barəsində daha çox məlumat ortaya çıxmağa davam edir. Phonearena saytı isə son zamanların ən böyük məlumat sızıntısını təqdim edərək bu ilki iPhone modellərinin nəinki texniki göstəricilərini həm də onların hansı rənglərdə satılacağını bildirib. Bu barədə 4pda saytı xəbər verib. Phonearena saytının öz mənbələrinə istinadən verdiyi məlumata əsasən iPhone 11 A13 Bionic prosessoru vasitəsilə çalışacaq və smartfonun Pro modeli 4 GB RAM ilə təchiz olunacaq. Smartfonlar 128/256/512 GB daxili yaddaş həcminə sahib olacaqlar. 1 TB daxili yaddaşa sahib iPhone modeli isə 2020-ci ildən tez çıxmayacaq.
        LCD Liquid Retina ekranlardan imtina etmək niyyətinə baxmayaraq şirkət həmin ekranları bu ilki iPhone 11R modellərinə quraşdıracaq. Bu il təqdim olunacaq hər 3 iPhone modelinin ön panelinin yuxarısında Face ID texnologiyası üçün nəzərdə tutulmuş çıxıntı hissə olduğu kimi qalacaq. Bununla belə Face ID texologiyasının işi daha da sürətləndiriləcək. iPhone 11 və iPhone 11 Pro modellərinin arxa panellərində üç kamera modulu yerləşəcək və onlar saniyədə 30 kadr sürətlə 4K keyfiyyətində video çəkə biləcəklər.
        Təkmilləşdirilmiş mikrofonlar isə videoları stereosəs ilə çəkməyə imkan verəcəklər. Həmçinin bu ilki iPhone modellərinin kameralarında portret rejimi də təkmilləşdiriləcək. Belə ki, bu cür çəkiliş zamanı hər 3 kamera çalışacaq və yenilənmiş süni zəka alqoritmlərindən istifadə olunacaq. Smartfonların arxa panelləri isə tutqun rəngdə olan şüşə materialdan hazırlanacaq və bəzi modellərdə qradient rənglərə sahib olacaq. Standart boz və gümüşü rəngdə iPhone modellərindən başqa tünd yaşıl və qızılı rəngdə modellərin də satışa çıxacaqları gözələnilir. Qeyd etmək lazımdır ki, yeni iPhone modellərinin təqdimatları gələn ay baş tutacaq.
    Linki kopyala