Brauzerin növündən tutmuş yaddaş həcminə kimi: Facebook bizim barəmizdə hansı məlumatları yığır?

Brauzerin növündən tutmuş yaddaş həcminə kimi: Facebook bizim barəmizdə hansı məlumatları yığır?

Texnologiya
14.06.2018 PAYLAŞIM

    Facebook sosial şəbəkəsinin rəhbərliyi Mark Zuckerberg-in ABŞ Konqressində vaxtının olmadığı üçün və ya həmin vaxtda cavab verə bilmədiyi üçün cavabsız qalmış suallara aydınlıq gətirib. 9 Aprel tarixində ABŞ Konqressi qarşısında çıxış etmiş Mark Zuckerberg etiraf etmişdi ki, sosial şəbəkə istifadəçi məlumatlarının sızdırılmasının qarşısını almaq üçün yetəri qədər iş görməyib. 2 aydan sonra isə sosial şəbəkə ABŞ Konqressində çıxış zamanı cavabsız qalmış məsələlərə aydınlıq gətirilmiş 220 səhifəlik hesabat təqdim etdi. Hesabatda əsasən şirkət istifadəçilər və onların cihazları barəsində hansı məlumatları yığdığını bildirib.

- Cihazlar barəsində məlumatlar: Əməliyyat sistemləri, cihazlarda istifadə olunan proqram təminatlarının versiyaları, batareya enerjisinin səviyyəsi, mobil şəbəkənin gücü, faylların saxlanması üçün olan yaddaş həcmində qalmış boş yer, brauzer növü, faylların və tətbiqlərin növləri və adları, pluginlər

Bənzər xəbər


- Əməliyyatlar barəsində məlumatlar: Cihaz vasitəsilə yerinə yetirilən əməliyyatlar, mouse-un hərəkəti (bu üsulla insanları botlardan ayırd etmək olur)

- İdentifikatorlar barəsində məlumatlar: Unikal identifikatorlar, cihazların, oyunların, tətbiqlərin və özəl hesabların ID-ləri və digər identifikatorlar, ailəvi cihazların ID-ləri (Facebook-un məhsulları və ya Facebook hesablarının inteqrasiya olunduqları cihazların identifikatorları)

- Cihazların siqnalları barəsində məlumatlar: Bluetooth siqnalları və yaxın ərazidə olan Wi-Fi ötürücüləri, mobil şəbəkə qüllələri

- Cihazın ayarları barəsində məlumatlar: İstifadəçinin ayarlar vasitəsilə təqdim etdiyi məlumatlar (məsələn foto, geolokasiya və kamera kimi özəlliklər haqqında məlumatlar)

- Şəbəkə barəsində məlumatlar: İstifadəçinin internet provayderi və ya mobil operatorunun adı, saat qurşağı, mobil nömrə, IP ünvan, şəbəkənin sürəti, həmin şəbəkəyə qoşulmuş digər cihazların məlumatları

- Cookie-fayllar barəsində məlumatlar: İstifadəçinin cihazında olan cookie-fayllar, ID-lər və ayarlar üzrə məlumatlar.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi Watch Color 2 smart saatı və naqilsiz Mi True Wireless Earphones 3 Pro qu..

Xiaomi şirkəti Civi adlı yeni smartfon ilə birlikdə həmçinin Xiaomi Watch Color 2 smart saatını və n..


Elektrikli moped üçün hazırlanmış yeni litium-karbon batareya enerjini 90 saniyə..

Almaniyadan olan mühəndislər elektrikli mopedlər üçün nəzərdə tutulmuş sürətli şarj texnologiyalı ye..


Çində kriptovalyutalar ilə bağlı bütün tranzaksiyalar qadağan olunub

Çin Xalq Bankı kriptovalyutalarla bağlı olan istənilən tranzaksiyaların qanunsuz və qadağan olduğunu..


Avropa Komissiyası bütün cihazların şarjları üçün USB Type-C-ni vahid standarta ..

Gözlənildiyi kimi Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası smartfon və digər elektron..


Apple şirkətinin AR cihazı barəsində yeni məlumatlar verilib

iPhone 13-ün təqdimatından sonra Apple şirkəti çoxlu sayda tənqidə məruz qaldı. Lakin verilmiş yeni ..


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..

×