Britaniya sakinləri koronavirus barəsində saxta məlumatlar səbəbilə 5G qüllələrinə zərər vururlar

Britaniya sakinləri koronavirus barəsində saxta məlumatlar səbəbilə 5G qüllələrinə zərər vururlar

Texnologiya
08.04.2020 PAYLAŞIM

    Keçən həftə internetdə saxta məlumatlar yayılmağa başladı ki, guya mobil şəbəkə qüllələri COVID-19 virusunun yayılmasna səbəb olur. Bundan əlavə olaraq Böyük Britaniyanın Brimengem şəhərində olan mobil şəbəkə qüllələrinin yandırılması videoları yayılıb. Facebook Nextdoor-da çoxlu sayda qruplar var hansılardakı ki, minlərlər istifadəçi 5G texnologiyasının zərəri barəsində saxta məlumatlar yayırlar. Bu barədə The Guardian saytı xəbər verib. Ortaya çıxan saxta məlumatlardan biri də onunla bağlıdır ki, koronavirus Uxan şəhərində ona görə yayılmağa başlayıb ki, orda 5G şəbəkəsini işə salıblar.

    Digər bir saxta məlumata əsasən isə 5G şəbəkəsi ucbatından ölümləri gizlətmək üçün koronavirus mövzusu yaradılıb. The Guardian qeyd edib ki, bir sıra məşhurlar da bu saxta məlumatları dəstəkləyirlər. Bu isə vəziyyəti daha da qəlizləşdirir. Fevral ayında Uckfield FM adlı radiostansiyasının qonaqlarından biri qeyd etmişdi ki, 5G texnologiyası insanın ağciyərlərindən oksigeni çəkir. Nəticədə bir çox insan 5G kabellərinin quraşdırılması ilə məşğul olan müvafiq işçilərə problemlər yaradır. Onlar buna səbəb kimi 5G texnologiyasının hamını öldürəcəyini qeyd edirlər.

Bənzər xəbər


    Mobil şəbəkə operatorlarının hesablamalarına əsasən son 1 həftə ərzində 30-a yaxın belə hadisə baş verib. Qeyd etmək lazımdır ki, 5G texnologiyasının koronavirus ilə əlaqəsinin olduğunu sübut edən heç bir elmi fakt yoxdur. Zərərçəkmiş mobil şəbəkə qüllələrindən heç biri 5G şəbəkəsinə qoşulu olmayıb. Nəticədə insanlar 3G 4G şəbəkələrinin işlərini təmin edən təchizatlara zərər vurublar. Sosial şəbəkələrin təmsilçiləri yayılan bu cür saxta məlumatların qarşısını necə ala biləcəkləri üzrə dövlət orqanları ilə yaxın günlərdə danışıqlar aparacaqlar. Hal hazırda bir çoxları koronavirus ilə bağlı olan dezinformasiyanın qarşısını almağa çalışır. Məsələn Google şirkəti bu məsələ üçün 6.5 milyon dollar vəsait ayırıb.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İsveçrə hökuməti intihar etmək üçün nəzərdə tutulmuş xüsusi kapsulların istifadə..

Exit International şirkəti intihar etməkdə yardımçı olmaq üçün nəzərdə tutulmuş xüsusi kapsulların h..


Apple şirkətinin ilk AR cihazının əsas özəllikləri barəsində məlumatlar verilib..

Ortaya çıxmış bir çox məlumata əsasən Apple şirkəti gələn il özünün ilk AR cihazını (Artırılmış Real..


Nəyə görə Qualcomm-un yeni prosessoru Snapdragon 8 Gen 1 adını əldə edib?..

Keçən həftə Qualcomm şirkəti Snapdragon 8 Gen 1 adlı yeni flaqman prosessorunu təqdim etmişdi...


Realistik üz mimikalarına sahib Ameca adlı robot sərgilənib (VİDEO)

İnsana bənzəyən robotlar bazarda artıq yeni bir şey hesab edilmir. Məsələn məşhur Boston Dynamics şi..


Qualcomm noutbuklar üçün nəzərdə tutulmuş yeni prosessorlarını təqdim edib..

Smartfonlar üçün nəzərdə tutulmuş Snapdragon 8 Gen 1 prosessorundan sonra Qualcomm şirkəti noutbukla..


Tesla uşaqlar üçün Cyberquad adlı 4 təkərli motosikli təqdim edib - QİYMƏTİ (VİD..

Tesla şirkəti 2019-cu ildə Cybertruck pikapı ilə birlikdə Cyberquad adlı 4 təkərli motosikli də təqd..

×