Bu dəfə ekran üzərində çıxıntısız: LG şirkəti yeni flaqman modeli LG V35 ThinQ'i təqdim etdi

Bu dəfə ekran üzərində çıxıntısız: LG şirkəti yeni flaqman modeli LG V35 ThinQ'i təqdim etdi

Texnologiya
30.05.2018 PAYLAŞIM

    LG şirkəti rəsmi olaraq LG V35 ThinQ smartfonunu təqdim etdi. Xarici görünüşcə yeni smartfon LG G7 ThinQ modelinə bənzəsə də ondan bir qədər fərqlənir. Belə ki, LG V35 ThinQ modelinin arxa panelindəki ikili kamera üfüqi şəkildə yerləşdirilib və onun ekranın üzərində LG G7 ThinQ modelindəki kimi çıxıntı hissəsi yoxdur. Yeni smartfon şüşədən hazırlanmış arxa qapağa və metal çərçivələrə sahibdir. Bununla yanaşı LG V35 ThinQ IP68 standartı üzrə sudan və tozdan qorunma özəlliyinə də sahibdir.



    Smartfon 18:9 nisbətli 6 inç QHD+ ekranla, Snapdragon 845 prosessoru, 6 GB RAM, 64/128 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), 16 MP + 16 MP ikili arxa kamera, 8 MP-lik ön kamera və 3300 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon Android Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Onun adında ThinQ sözünün olması onun süni zəka texnologiyasına sahib olması deməkdir.


    Digər smartfon modellərində olduğu kimi LG V35 ThinQ-də də süni zəka texnologiyasından əsasən fotoların çəkilməsində istifadə olunur. Vision AI texnologiyası sayəsində smartfon kadrdakı obyektləri təyin edərək optimal çəkiliş rejimlərini avtomatik seçə bilir. Smartfonun qiyməti barəsində məlumat bir qədər sonra veriləcək. Onun satışları isə ABŞ-da gələn aydan start götürəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Elon Musk Super Heavy raketinin Raptor mühərriklərini sərgiləyib

Elon Musk SpaceX şirkətinin çoxistifadəli Super Heavy ağır raketinin Raptor mühərriklərini sərgiləyi..


Instagram-da yeni funksiya - Fake profillərlə təqib bloklanacaq (VİDEO)

Instagram-a gələcək Limits adlı funksiya ilə fake profil yaradaraq başqalarını söymək və təqib etmək..


Elon Musk Apple şirkətini sərt şəkildə tənqid edib

Rüb hesabatlarının təqdim olunması zamanı Tesla-nın CEO-su Elon Musk digər böyük texnoloji şirkəti ə..


Neuralink-in beyin implantı fikir gücü vasitəsilə smartfonlardan istifadə etmək ..

Elon Musk-ın Neuralink şirkəti öz beyin implantının artıq bir neçə uğurlu testini reallaşdırıb. Laki..


Hansı batareya daha yaxşıdır? Li-ion vs Li-Po

Lithium-ion yoxsa lithium polymer batareya? Hansı daha yaxşıdır? Fərqləri və haqqında bütün məlumatl..


Telegram-ı WhatsApp-dan daha yaxşı edən 5 xüsusiyyət

WhatsApp və Telegram. Bir-birinə rəqib olan 2 məşhur messencer. WhatsApp hər nə qədər ən çox istifad..

×