Bu dəfə flaqman özəllikləri ilə: Huawei nova 3 təqdim olundu

Bu dəfə flaqman özəllikləri ilə: Huawei nova 3 təqdim olundu

Texnologiya
11.07.2018 PAYLAŞIM

    Huawei nova 3 smartfonunun təqdimatı 1 həftədən sonra baş tutacaq. Lakin istehsalçı sözügedən smartfon barədə bütün məlumatları təqdim etdi. Qeyd etmək lazımdır ki, əvvəlki nova modelləri büdcəli seqment üçün nəzərdə tutulurdu. Lakin 3-cü nəsil nova modelində flaqman texnologiyalardan istifadə olunub. Yeni smartfonun dizaynı əvvəlcədən məlum idi. Buna görə də bu mövzuda heç bir sürpriz olmayıb. Belə ki, smartfon xarici görünüşcə Huawei P20 flaqman modelinə bənzəyir. Huawei nova 3 19:9 nisbətli 6.3 inç Full HD+ keyfiyyətli LCD ekranla təchiz olunub. Həmçinin ekranın yuxarı hissəsində çıxıntı yeri də var.


Bənzər xəbər


    Texniki göstəricilərə gəldikdə isə smartfon 8 nüvəli Kirin 970 prosessoru, 6 GB RAM, 128 GB daxili yaddaş, 16 MP (f/1.8 diafraqmalı rəngli sensor) + 24 MP (f/1.8 diafraqmalı monoxrom sensor) ikili arxa kamera, 24 MP + 2 MP ikili ön kamera (hər iki kamera portret rejimini dəstəkləyir) və Super Charge sürətli enerji yığma texnologiyalı 3750 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfon həmçinin GPU Turbo texnologiyasını da dəstəkləyir. Onun sayəsində istifadəçilər oyunların keyfiyyətini qaldıra və enerji sərfiyyatını aşağı sala bilərlər. Smartfon EMUI 8.2 interfeysli Android 8.1 Oreo əməliyyat sistemi vasitəsilə çalışır. Maraqlı xüsusiyyətlər arasında istifadəçi üzünün 3D skan dəstəyi və animasiyalı 3D Qmoji emojilərin yaradılması var. Huawei nova 3-ün qiyməti barəsində hələki heç bir məlumat verilməyib. Smartfon bu ayın sonunda satışa çıxacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti kosmik turistlər üçün olan New Shepard raketinin son uçuş te..

Jeff Bezos-un aerokosmik şirkəti olan Blue Origin özünün New Shepard adlı raketinin final uçuş testi..


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..

×