
Bu əsrin ortasına kimi insan səkazı ilə süni zəka birləşə bilər
Elm & Texnologiya
12.08.2024
Emil
Sinqulyarlıq konsepsiyası kvant fizikası dünyasından gəlib. Bu, insan zəkasının süni zəka ilə birləşməsi konsepsiyasıdır. Futurolaqlar insanları yeni inkişaf mərhələsinə yüksəldə biləcək və onlara bəlkə də həyat dövrünün uzadılması imkanını verə biləcək bu cür texnoloji sinqulyarlığın nə zaman baş tutacağı mövzusunda artıq uzun illərdir ki, mübahisə aparırlar. İnformatika sahəsinin mütəxəssisi və eyni zamanda futurolaq olan Ray Kurzweil artıq uzun müddət ərzində proqnozlaşdırır ki, texnoloji sinqulyarlıq təqribi olaraq 21-ci əsrin ortalarında baş tutacaq. Süni zəkanın inkişaf tempini nəzərə alsaq, onun proqnozunun reallaşması ehtimalı getdikcə artır.
Keçən ay Kurzweil-in “The Singularity is Nearer” adlı yeni kitabı satışa çıxdı. Bu onun 2005-ci ildə satışa çıxmış “The Singularity is Near” adlı kitabının davamıdır. Bu kitabda futuroloq iddia edir ki, insan beyninə inteqrasiya ediləcək nanobotlar (molekul ölçüsündə robotlar) sayəsində insan səkası milyon dəfə yüksələcək. Müxtəlif futuroloqların müxtəlif proqnozları nəticə etibarilə həyata keçmiş olmasa da, onların bəziləri real həyatda reallaşıblar. Kurzweil uzun müddət ərzində düşünüb ki, insanlar texnoloji sinqulyarlığa doğru irəliləyirlər. Hələ 25 il bundan öncə o, proqnozlaşdırmışdı ki, 2029-cu ildə saniyədə trilyon əməliyyatı yerinə yetirə biləcək süni zəka yaradılacaq.
Həmin vaxtda mütəxəssislərin çoxu bu proqnozu gülüş mərkəzinə çevirmişdi. Onlar qeyd edirdilər ki, bu cür süni zəka ən yaxşı halda 100 ildən sonra ortaya çıxacaq. Lakin süni zəka sahəsində nailiyyətlər onu göstərirlər ki, bu ideya düşünüldüyündən daha tez reallaşa bilər. Öz yeni kitabında Kurzweil, süni zəka ilə bağlı 25 il bundan öncəki proqnozunda təkid etməklə yanaşı bildirib ki, 2045-ci ilə kimi insanlar beyinə inteqrasiya edilmiş nanobotlar sayəsində öz zəkalarını milyon dəfə yüksəldə biləcəklər. Futuroloq hesab edir ki, nəticədə insanlar təbii zəka və kibernetik zəka kombinasiyasını əldə edəcəklər və bütün bunlar vahid bir sistem şəklində çalışacaqlar.
Bəzi alimlər də hesab edirlər ki, süni zəka ilə insanın bu cür birləşməsi qaçılmazdır və bu prosesə artıq start verilib. Məsələn Oksford Universitetinin mütəxəssisləri Marcus du Sautoy və Nick Bostrom hesab edirlər ki, insanlar süni zəka ilə təbii zəkanın birləşəcəyi hibrid gələcəyə doğru yaxınlaşırlar. Bununla belə bu cür sintez özündə bəzi problemləri və cavablar tələb edən sualları birləşdirir. İnsanlar özlərini necə aparacaqlar? İnsanlar sonsuza kimi yaşaya biləcəklərmi? Bu, insanın nə olduğu barəsində təsəvvürləri dəyişəcəkmi?
Paylaş
Ən çox oxunanlar

Səudiyyə Ərəbistanının "The Line" layihəsi regiondakı iqlimi dəyişə bilər
