Bu il 200 milyon tondan çox plastik tullantı formalaşacaq
Elm & Texnologiya
25.09.2024
Emil Nəcəfov
Tədqiqatçıların təqdim etmiş olduqları yeni hesabata əsasən insanlar bu il plastik tullantılar mövzusunda yeni rekorda imza atmağa hazırlaşırlar. Belə ki, bu il 220 milyon ton plastik tullantının formalaşması gözlənilir. Demək olar 170 il bundan öncə insanlar ilk plastik materialı hazırladılar və nəticədə günümüzdə bu material ən ciddi ekoloji problemlərdən birinə çevrilib. Plastik tullantıların müxtəlif yollarla parçalanması nəticəsində ortaya çıxan mikroplastik hissəciklərə artıq dünyanın hər bir nöqtəsində və hətta insan orqanizmində də rast gəlinir. Bununla belə mikroplastik hissəciklərin insan və heyvanların orqanizmlərinə necə təsir göstərmələri hələ o qədər də ciddi şəkildə araşdırılmayıb.
Bütün bunlara baxmayaraq insanlar plastik materialları istehsal və ondan istifadə etməyə davam edirlər. Hazırlanan və istifadə olunan plastik materialların böyük hissəsi nəticədə zibil poliqonlarına düşürlər və onların parçalanması üçün yüzlərlə il vaxt lazımdır. Tədqiqatçıların yeni məlumatlarına əsasən planetimizdəki plastik material böhranı qorxuducu miqyasa kimi böyüyüb. Earth Action adlı təşkilatın Ümumdünya Plastik Tullantılar Gününə həsr edilmiş yeni hesabatında qeyd edilib ki, 2024-cü ilin nəticəsində ümumilikdə 220 milyon ton plastik tullantı formalaşacaq. Bu, 650 ədəd Empire State Building göydələninə bərabərdir.
Bununla yanaşı hesabatda qeyd edilib ki, 2021-ci ildən başlayaraq il ərzində ümumi plastik tullantıları həcminin 7% yüksəldiyi müşahidə edilir. Məlumata əsasən planetdəki insanların 66%-i günümüzdə plastik tullantıları həcminin onların emalı imkanlarını qat-qat üstələdiyi regionlarda yaşayırlar. Bununla belə ümumi plastik tullantıların 60%-nin istehsalından 12 ölkə cavabdehdir. Həmin ölkələrin ilk beşliyi isə belədir. Çin, Rusiya, Hindistan, Braziliya və Meksika. Alimlər plastik materialların istehsalının məhdudlaşdırılmasına və ətraf mühitin plastik tullantılardan təmizlənməsinə çağırışlar edirlər.
Linki kopyala
plastic waste
plastik tullanti
plastik tullantılar
microplastic
plastic material
microplastics
plastik materiallar
mikroplastik
Bənzər xəbərlər
Oxşar xəbərlər
Mikroplastik tullantılar probleminin miqyası düşünüldüyündən daha böyük ola bilər
Mikroplastik tullantılar probleminin miqyası düşünüldüyündən daha böyük ola bilər
Son zamanlarda mikroplastik tullantılar barəsində olduqca tez-tez xəbərlər ortaya çıxır. Bunun isə ciddi və qorxuducu səbəbi var.
1 ay ərzində özü-özünə parçalana bilən yeni plastik material hazırlanıb
1 ay ərzində özü-özünə parçalana bilən yeni plastik material hazırlanıb
170 il bundan öncə insanlar ilk plastik materialı hazırladıqları zamandan bəri bu material Yer kürəsinin ən ciddi problemlərindən birinə çevrilib.
Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
Beyində mikroplastikin yığılması Altsheymer xəstələyinə səbəb ola bilər
Hələ bir neçə müddət bundan öncə aparılmış araşdırma nəticəsində məlum olmuşdu ki, ölçüləri 5 mm-dən daha kiçik olan plastik hissəciklər (mikroplastik) insan beynində çoxlu miqdarda yığıla bilirlər.
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içməli sudan mikroplastikləri təmizləməyin çox asan yolunu kəşf ediblər!
Alimlər, içdiyimiz sudan mikroplastikləri çıxarmaq üçün effektiv və sadə üsul kəşf ediblər.
Plastik tullantıları parçalamağa qadir yeni növ dəniz göbələyi kəşf edilib
Plastik tullantıları parçalamağa qadir yeni növ dəniz göbələyi kəşf edilib
Hal-hazırda dünya ekologiyasının əsas ciddi problemlərindən biri də plastik tullantılardır. Problem hətta o dərəcəyə çatıb ki, mikroplastik hissəciklərə müxtəlif yerlərdə rast gəlinir.
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!