
Bu il AirPods 2 olmayacaq: Apple tamamilə yeni naqilsiz qulaqlıq üzərində çalışır
Elm & Texnologiya
03.12.2018
Emil
Baxmayaraq ki, Apple şirkətinin naqilsiz qulaqlıq modeli olan AirPods-un yeni versiyası Bluetooth sertifikatlaşdırmasından keçib, yeni versiya hələ də təqdim olunmayıb. Əvvəlki məlumat sızıntılarında qeyd olunmuşdu ki, şirkət yeni model naqilsiz qulaqlıq modelini bu ilin sonuna kimi təqdim edəcək. Lakin artıq dekabr ayıdır. Apple məhsulları barəsində düzgün proqnozları ilə məşhurlaşmış analitik Ming-Chi Kuo-nun sözlərinə əsasən yeni model AirPods modelini bu il gözləmək lazım deyil.
Onun sözlərinə əsasən yenilənmiş AirPods modeli gələn ilin birinci rübündə təqdim olunacaq. Lakin tam dəqiq tarix göstəricisi məlum deyil. Bundan əlavə olaraq analitik qeyd edib ki, yeni modeldə innovasiyalı bir şey gözləməyə də ehtiyac yoxdur. Belə ki, yenilənmiş AirPods modeli Bluetooth 5.0 və naqilsiz şarj texnologiyasına sahib qulaqlıq qabı dəstəyini əldə edəcək.
Buna baxmayaraq Apple şirkəti həmdə tamamilə yeni model AirPods üzərində çalışır. Gözləntiyə əsasən o, 2020-ci ilin sonunda təqdim olunacaq. Onun hansı özəlliklərə sahib olacağı barəsində məlumat yoxdur. Baxmayaraq ki, AirPods şirkətin ən çox satılan aksessuarı olaraq qalır, Ming-Chi Kuo qulaqlıqların böyük satış göstəricisini proqnozlaşdırıb. Belə ki, onun sözlərinə əsasən 2021-ci ilə kimi Apple şirkəti 100 milyondan çox qulaqlıq satacaq. Müqayisə üçün qeyd etmək lazımdır ki, şirkət bu il 28 milyon qulaqlıq satıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
