Bu il Çində ən məşhur olan saxta smartfon modelinin adı məlum oldu

Bu il Çində ən məşhur olan saxta smartfon modelinin adı məlum oldu

Texnologiya
12.03.2020 PAYLAŞIM

    Mobil cihaz bazarında yeni modellər ilə birlikdə onların saxta versiyalarının sayları da artır. Master Lu adlı bençmark saytının yaradıcıları çinli istifadəçilər tərəfindən test olunmuş saxta smartfon modellərinin reytinqini tərtib ediblər. Sözügedən reytinqin tərtib olunması zamanı həm ayrı-ayrı brendlərin smartfonları həm də istifadəçilərin daha çox üstünlük verdikləri modellər nəzərə alınıb.


    Bu barədə Gizmochina saytı xəbər verib. Beləliklə tərtib edilmiş reytinqə əsasən mart ayı üçün istifadəçilər arasında ən məşhur saxta model iPhone 8 olub. Keçən il bu smartfon reytinqdə ikinci yeri tutumuşdu. Bu ilki reytinq cədvəlində ikinci yeri Samsung W2018, üçüncü yeri isə Samsung W2019 modeli tutub. Reytinqin ilk top beşliyinə həmçinin iPhone XS Max Samsung Galalxy S10+ daxil olublar.

    Sonrakı yerləri bir qayda olaraq Honor 9, Galaxy S8+, OnePlus 7 Pro, Xiaomi Mi 6 Galaxy S8 smartfonları tutublar. Saxta cihazlara tələbat məsələsində faiz göstəricisinə görə bençmarkda qeydiyyatdan keçmiş bütün saxta smartfonlar üzrə Apple məhsullarının payı 29.54% təşkil edib. Bu məsələdə Samsung-un payı 26.44%, Xiaomi-nin payı 9.83%, Honor-un payı 6.10% təşkil edir.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×