
Bu il Mi Mix Alpha'dan başqa digər bir Mi Mix modeli olmayacaq (VİDEO)
Elm & Texnologiya
01.10.2019
Emil
Mi Mix Alpha-nın təqdimatından sonra internetdə məlumat ortaya çıxdı ki, Xiaomi şirkəti bu il daha bir Mi Mix modelini təqdim edəcək. Lakin verilmiş məlumat bunu təkzib edib. Bu barədə Gizmochina saytı xəbər verib. Mi Mix Alpha konseptual smartfonun məhdud sayda satışa çıxacağına baxmayaraq bu il digər bir Mi Mix modelini gözləmək lazım deyil. Bu məlumatı şirkətin brend-meneceri Edward Bishop qeyd edib. Onun verdiyi məlumata əsasən şirkət hal hazırda Mi Mix Alpha-nın satışına hazırlaşır və bütün diqqətini bu smartfonun satışına yönəldəcək.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
