
Bu il təqdim olunacaq 3 iPhone modelinin ölçüləri məlum olub və müqayisə edilib (VİDEO)
Elm & Texnologiya
19.06.2018
Emil
Nüfuzlu Mac Otakara saytı bu il təqdim
olunacaq 3 iPhone modelinin maketlərinin əks olunduğu videonu təqdim edib. Həmin
videoda təqdim olunacaq iPhone modellərinin ölçüləri müqayisə olunub. Videodakı
maketlər Asiyanın istehsalçı şirkətlərinin əllərinə keçmiş çertyojlar əsasında
hazırlanıb. Beləliklə iPhone X-in bu ilki versiyası növbəti ölçü özəlliklərinə
sahib olacaq: 143.65 mm uzunluq, 72.03 mm en və 7.69 mm qalınlıq. Bu məlumatlardan
belə nəticəyə gəlmək olar ki, yeni iPhone X keçən ilki versiyadan 1.1 mm daha
enli olacaq.
İstisna deyil ki, bu nəticə çertyojda mümkün ola bilən kiçik səhv
ucbatından da əmələ gəlsin. 6.4 inç OLED ekrana sahib olacaq böyük iPhone
modeli isə növbəti ölçü göstəricilərini əldə edəcək: 157.53 mm uzunluq, 77.44
mm en və 7.85 mm qalınlıq. iPhone X Plus həminki ötürücü ölçülərinə sahib
olacaq. Bu isə o deməkdir ki, onun kamerası keçən ilki iPhone X-dəki kimi olacaq.
6 inç ekrana sahib olacaq iPhone modeli növbəti ölçüləri özündə birləşdirəcək: 150.91
mm uzunluq, 75.72 mm en və 8.47 mm qalınlıq. Bu, əvvəlki iki model iPhone
arasında olan orta ölçü göstəriciləridir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
