main-post-cover

    Bu ilin əvvəlində ən çox satılan smartfonların siyahısı təqdim olunub

    Elm & Texnologiya
    08.05.2020
    Farid Pardashunas
        Canalys analitik şirkəti bu ilin birinci rübü üzrə alıcılar tərəfindən ən böyük tələbata sahib olmuş smartfon modellərinin reytinqini tərtib edib. Koronavirus pandemiyasına və istehsalat prosesləri səviyyəsinin aşağı düşməsinə baxmayaraq tərtib edilmiş reytinqdə birinci yeri heç də büdcəli smartfon modeli tutmayıb. Belə ki, birinci yeri məşhur brendin flaqman smartfonu tutub. Bu barədə 4pda saytı xəbər verib. Maraqlısı ondadır ki, bu ilin birinci rüb üzrə smartfon satışları reytinqinə yalnız 3 məşhur brend daxil olub. Beləliklə Canalys şirkəti tərəfindən təqdim edilmiş hesabata əsasən bu ilin ilk 3 ayı ərzində ən çox satılmış smartfonların siyahısı aşağıdakı kimidir:
    - iPhone 11
    - Redmi Note 8
    - Samsung Galaxy A51
    - Samsung Galaxy A10S
    - Redmi Note 8 Pro
    - iPhone 11 Pro Max
    - Samsung Galaxy A20S
    - Samsung Galaxy A01
    - Redmi 8A
    - iPhone 11 Pro.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər