main-post-cover

    Bu ilki Google Pixel 5 smartfon seriyası flaqman prosessora sahib olmaya bilər

    Elm & Texnologiya
    16.03.2020
    Farid Pardashunas
        Baxmayaraq ki, hal hazırda bütün diqqətlər may ayında təqdim olunacaq Pixel 4a smartfon seriyasına yönəlib, internetdə artıq Pixel 5 seriyası barəsində məlumatlar ortaya çıxmağa davam edir. Beləliklə Google Camera tətbiqinin ilkin versiyasında “photo_pixel_2020_midrange_config” (Pixel 4a) və “photo_pixel_2020_config” (Pixel 5) adına sahib smartfonlar ortaya çıxıblar. Bu barədə 9to5google saytı xəbər verib.
        Qeyd etmək lazımdır ki, keçən il “photo_pixel_2019_midrange_config” adına sahib smartfon Pixel 3a, “photo_pixel_2019_config” adına sahib smartfon isə Pixel 4 idi. Bundan əlavə olaraq görünür, Pixel 5 smartfonu bir neçə versiyaya sahib olacaq. Belə ki, o, Bramble Redfin kod adlarına sahibdir. Çox güman ki, söhbət, Pixel 5 və Pixel 5 XL modellərindən gedir. Lakin heç gözlənilməz yeni məlumat sızıntısı ondan ibarətdir ki, bu ilki Pixel 5 modelləri flaqman prosessor modelləri ilə təchiz olunmayacaqlar.
        Belə ki, məlumat sızıntısına əsasən həmin smartfonlar Snapdragon 865 prosessoru əvəzinə Snapdragon 765G prosessoruna sahib olacaqlar. Qeyd etmək lazımdır ki, Google şirkəti hər il öz smartfonları üçün Qualcomm-un flaqman prosessorlarını seçir. Lakin görünür, bu il nəsə dəyişiklik olacaq. Buna baxmayaraq sözügedən məlumat sızıntısına şübhə ilə yanaşmaq lazımdır. Belə ki, o, Google şirkəti tərəfindən hələ təsdiq olunmayıb. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər