Bu ilki yeni iPad modeli bu vacib özəllikdən məhrum ola bilər

Bu ilki yeni iPad modeli bu vacib özəllikdən məhrum ola bilər

Texnologiya
03.06.2020 PAYLAŞIM

    Artıq beynəlxalq standart kimi qəbul edilmiş USB Type-C girişinə keçid məsələsində Apple şirkətinin inadkarlığına baxmayaraq yaxın zamanda bu vəziyyət dəyişə bilər. İnsayderlərin verdikləri məlumatlara əsasən Apple şirkəti artıq bu il iPad Pro ilə yanaşı digər cihazlar seriyasını da USB Type-C girişi ilə təchiz edəcək. Bundan əlavə olaraq internetdə yeni iPad modeli barəsində məlumat da ortaya çıxıb.

    Bu barədə Macrumors saytı xəbər verib. Beləliklə verilmiş məlumata əsasən şirkət özünün iPad Air planşet seriyasında Lightning girişindən imtina etməyi planlaşdırır. Məlumatda qeyd edilib ki, yeni iPad Air modeli 11 düym ekrana sahib iPad Pro əsasında hazırlanacaq və onun təqdimatı bu ilin ikinci yarısında baş tutacaq.


    Daha bir proqnoz ilə məşhur analitik Ming-Chi Kuo da bölüşüb. Belə ki, o qeyd edib ki, Apple şirkəti 10.8 düym ekrana sahib olacaq daha bir iPad modeli üzərində çalışır. Lakin sözügedən iPad modelinin tam adı qeyd olunmayıb. Məlumata əsasən hazırlanan yeni iPad modeli mini-LED ekrana və ekrana inteqrasiya edilmiş barmaq izi skanı texnologiyasına sahib olacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Yapon peyki kosmik tullantıları lazer şüası vasitəsilə məhv edəcək: Bu proses ne..

Kosmik tullantılar günümüzdə olan böyük problemlərdən biridir. Alimlərin hesablamalarına əsasən Yer ..


Xiaomi-nin 120W dəstəkləyən yeni şarj adapteri sızdırıldı

Xiaomi şirkətinə məxsus 120W dəstəkləyən yeni şarj adapteri internetə sızdırıldı.


Chrome brauzeri 6 il sonra x64 bit arxitekturaya keçir: Nə dəyişəcək? (Android)..

Google şirkətinə məxsus Chrome brauzerinin Android versiyası 6 il sonra 64 bit arxitekturaya keçir...


Google şirkəti Chrome brauzerində faydalı funksiyanı reallaşdıracaq

Yeni funksiyasının testi Chrome betası çərçivəsində bir neçə həftədən sonra başlayacaq...


Xiaomi şirkəti Mi Band 5-in təkmilləşdirilmiş versiyası üzərində çalışa bilər..

Bir neçə müddət bundan öncə Xiaomi şirkəti 2 variantda Mi Band 5 fitnes qolbağını təqdim etmişdi. On..

×