Bu qurğu itirilmiş əşyaları tapacaq

Bu qurğu itirilmiş əşyaları tapacaq

13.09.2018 PAYLAŞIM

Hazırda itirilmiş əşyaların axtarışı üçün çoxlu sayda simsiz qurğu mövcuddur, lakin onların bir çatışmazlığı var: itirilmiş əşyanı yalnız xüsusi izləmə proqramının köməyilə tapmaq mümkündür.

Technote.az bildirir ki, Samsung şirkəti yüksəksürətli simsiz məlumat ötürülməsi standartından istifadə edən SmartThings trekerini təqdim edib.

Bənzər xəbər


Qurğu, hətta Bluetooth və digər texnologiyaların gücsüz olduğu yerdən itirilmiş əşyanın olduğu yer haqqında məlumat ötürə bilər. Məlumatında bildirilir ki, SmartThings-in imkanları itirilmiş əşyaların axtarışı ilə məhdudlaşmır.

Ondan ağıllı evin idarəetmə qurğusu kimi istifadə etmək olar – məsələn, evə qayıdarkən işığı yandırmaq və ya gedərkən müşahidə kamerasını aktivləşdirmək mümkündür. Həmçinin onun köməyilə “geofunksiya”nı aktivləşdirmək olar.

O, həyətdə gəzən iti izləməyə kömək edəcək və ya istifadəçinin dostlarına onun yerini bildirəcək. Bu kimi funksiyaları nəzərə alaraq, SmartThings trekerinin Bluetooth-a əsaslanan analoji qurğulara nisbətən daha yüksək qiymətə satılacağını güman etmək olar. Şirkət qurğunu AT&T provayder xidməti ilə bir paketdə 99 dollara təklif edir.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..

×