Logo
    main-post-cover

    Büdcəli Google Pixel 4a-nın sahib olacağı prosessor modeli təsdiqləndi

    Elm & Texnologiya
    08.02.2020
    Emil
        Hələ bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Google şirkətinin növbəti büdcəli Pixel smartfon modeli Snapdragon 700 seriyasından olan prosessora sahib olacaq. İndi isə bu məlumat təsdiqlənib. Belə ki, XDA-Developers saytının mütəxəssisləri Android əməliyyat sisteminin kodunda sunfish kod adına sahib smartfonun məhz Google Pixel 4a olacağının sübutunu aşkar ediblər.
        Əvvəlki məlumat sızıntılarına əsasən məhz sunfish kod adına sahib smartfon 8 nüvəli Snapdragon 730 prosesoru ilə təchiz olunacaq.Qeyd etmək lazımdır ki, sözügedən prosessor 8 nanometrlik texnoloji proses əsasında hazırlanıb və 2 ədəd yüksək performanslı Cortex-A76 nüvəsinə sahibdir. Google Pixel 4a smartfonu Pixel 4a XL lə birlikdə 12-14 may tarixlərində keçiriləcək Google I/O 2020 tədbirində təqdim edilməlidir.
    Paylaş
    Bənzər xəbərlər