Büdcəli Google Pixel 4a-nın satış tarixi ortaya çıxdı

Büdcəli Google Pixel 4a-nın satış tarixi ortaya çıxdı

Texnologiya
30.04.2020 PAYLAŞIM

    Büdcəli Google Pixel 4a smartfon modeli barəsində məlumatlar hələ keçən ilin sonunda ortaya çıxmışdı. 1 ay bundan öncə isə internetdə bu smartfonun videoicmalı yayılmışdı. Buna baxmaaraq Google şirkəti Pixel 4a-nı hələ də rəsmi olaraq təqdim etməyib. Smartfon barəsində yeni məlumat alman saytı tərəfindən verilib. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə Almaniyanın Caschys adlı saytı Vodafone Germany-nin daxili materiallarını əldə edib.


    Həmin məlumatlarda qeyd edilib ki, sözügedən mobil operatorun istifadəçiləri 22 may tarixindən başlayaraq Pixel 4a-nı əldə edə biləcəklər. Güman edilir ki, satışdan 1 həftə öncə Google şirkəti online təqdimat çərçivəsində Pixel 4a seriyasını təqdim edəcək. Son məlumat sızıntılarına əsasən Pixel 4a smartfonu 5.81 düym OLED ekran, Snapdragon 730 prosessoru, 6 GB RAM, 12.2 MP-lik arxa kamera və 18 vatt gücündə sürətli şarj texnologiyalı 3080 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Məlumata əsasən Pixel 4a-nin qiyməti 399$-dan başlayacaq. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Xiaomi ilə OPPO fərdi prosessor istehsalını işə salacaqlar

Ortaya çıxmış məlumata əsasən smartfon istehsalçıları olan Xiaomi və OPPO özlərinin 5G prosessorları..


Neuralink şirkəti fikir gücü vasitəsilə ping-pong oynayan meymunun videosunu təq..

Elon Musk-ın Neuralink startapı özünün neyrointerfeysinin son versiyasının imkanlarını sərgiləyib...


Xiaomi-nin ilk elektromobili barəsində yeni məlumatlar verilib

Bir neçə müddət bundan öncə Xiaomi şirkətinin keçirtmiş olduğu irimiqyaslı təqdimat tədbiri çərçivəs..


SpaceX-in Crew Dragon kosmik aparatı avtopilot sistemindən uğurla istifadə edib ..

NASA agentliyi SpaceX-in kosmik aparatının tam avtonom rejimdə BKS (Beynəlxalq Kosmik Stansiya) modu..


Starlink peyk internetinin sürəti 2 dəfə yüksəlib

SpaceX-in Starlink peyk internetinin istifadəçiləri məlumatların ötürülmə sürətinin artdığını bildir..


Mühəndislər 5G vasitəsilə havadan elektrik enerjisi yığan xüsusi cihaz hazırlayı..

Corciya Texnologiya İnstitutunun mühəndisləri 5G şəbəkəsinin əsasında naqilsiz şarj texnologiyasını ..

×